Ukrayna Şərqi Avropanın ilk yəhudi dövləti ola bilər

fərrux

Fərrux Məmmədov

NATO Əməkdaşlıq İnstitutunun rəhbəri

Rəsmi Kiyev əgər ölkədə ciddi iqtisadi və siyasi islahatlara getməsə, Qərb və Avropa yeni bir “MAYDAN” üçün yaşıl işıq yandırmalı olacaq, çünki Amerikanın vitse-prezidenti Co Baydenin Ukraynaya səfərinin əsas məqsədi Kiyevin bu gün düşdüyü çətin durumla bağlıdır. Bu səfər Ukrayna hökumətinin yaxın illərdə davam etmə və ya getmə məsələsini həll edəcək. Amerika və Avropa haqlı olaraq Ukrayna hökumətinin yürütdüyü siyasətdən narahat və narazıdırlar. İnqlabdan sonra hakimiyyətə gələn yeni hökumət istər xalqın, istərsə də Qərbin gözləntilərini tam olaraq doğrultmadı. Bu gün gəlinən nöqtə odur ki, daxildə artıq “Rus sevgisi” getdikcə artmaqdadır. Səbəb isə “Demokrat” adı ilə hakimiyyətə gələn yeni hökumətin əslində, Diktaturadan hec bir fərqinin olmamasıdır. Korrupsiya və rüşvət demək olar ki, bütün sturkturlarda olduğu kimi qalır. Bürokratik əngəllərin olması isə xarici investorların ölkəyə gəlişinin qarşısını alır. Rəsmi Kiyev korrupsiya ilə mübarizə apardığını vizyon olaraq yaratsa da, əslində Yanukoviç dönəmindən qalan şəxsləri həbs edir, onların yerinə isə öz şəxslərini hakim dairələrə təyin edərək, eyni korrupsiya prosesini davam etdirirlər. Əslində, Baydenin Ukraynaya səfəri ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) son altı ayda hazırladığı hesabatı Ağ Evə təqdim etməsindən sonra qərara alındı. MKİ-nin (CİA) bu hesabatının adı “Avropa Təhlükədə” ( Europe is in danger ) adlanır. Hesabata bu adın verilməsinin əsas səbəbi isə Ukrayna hökumətinin yanlış daxili siyasəti nəticəsində Rusiya təhlükəsinin artmasıdır. Hesabatın əsas hissəsi isə ondan ibarətdir ki, Ukrayna mərkəzləşmiş hökuməti ilə regionların bir-biriylə koordinasiyalı fəaliyyətinin olmamasıdır. Odessa vilayətində rüşvətxorluq və korrpusiya ilə bağlı aparılan mübarizə hələ ki, demək olar, nəticəsiz qalır. Səbəb isə rəsmi Kiyevin vilayətlərə yaratdığı bürokratik əngəllərdir. Regionlarının sərbəst fəaliyyətini tamamilə məhdudlaşdıran rəsmi Kiyev bu yolla ölkədə korrpusiya və rüşvət mexanizminə tam nəzarət etmiş olur. Bu da ölkəni uçuruma aparır.

Hesabatın əsas diqqətçəkən tərəfi isə Krım ilhaqından və Rusiyanın “Novo-Rossiya” dediyi konfliktli ərazi formalaşdırıldıqdan sonra, digər regionların mərkəzi hakimiyyətə inamının artdığı halda, sonradan Rəsmi Kiyevin qeyri-stabil daxili siyasətə diqqət çəkilməsidir. Odessa Vilayəti başda olmaqla Ukraynanın Avropa qapısı sayılan Lvov və digər regionların mərkəzi hakimiyyətə olan inamı itib. Hazırki situasiyadan Rus kəşfiyyatı olduqca məharətli şəkildə istifadə edir. Daxildə vətəndaş cəmiyyəti institutlarına, müxtəlif partiya və təşkilatlara dolayı yolla maliyyə axını təşkil edilir. Bu isə yaxın gələcək üçün sonu ağır nəticələrə gətirə biləcək bir prosesdir. Ukrayna hökuməti Demokratik bir hakimiyyət vizyonu yaratsa da, əslində bu gün hakimiyyətdə olanlar dünən Ukrayna siyasi tarixində korrupsiya əməlləriylə tarix yazmış şəxslərdir. Ukraynada reformların həyata keçməməsinin əsas səbəbkarlarından biri də hazırkı Baş nazir Yatsenyuk və komandasıdır. Prezident Poroşenko demək olar ki, Baş nazir və komandasıyla bacara bilmir. Əsas problem də məhz buradan qaynaqlanır. Ukrayna əhalisinin demək olar ki, yarıdan çoxu Baş nazir və komandasının fəaliyyətindən olduqca narazıdır. Bu, istər NATO, istər MKİ (CİA), istər Alman Kəşfiyyatı (BND), istər digər Avropa ölkələrinin kəşfiyyat organlarının öz hökumətlərinə təqdim etdikləri hesabatlarında əksini tapır. Məhz bütün bunlar Amerika vitse-prezidenti Co Baydenin Ukraynaya səfərini tezləşdirdi. Bayden istər Prezidentə, istərsə də Baş nazir və komandasına bağlı qapılar arxasında ciddi müsajlarını çatdıracaq və hazırlanan hesabatların bir nüsxəsini məhz onlara təqdim edəcək.

Ukrayna artıq böyük bir seçim qarşısındadır. Bu seçim onlar üçün asan olmasa da, xalqın iradəsiylə prosesi keçə biləcəklərinə ümüd etmək olar. Əks təqdirdə Avropa təhlükədədir!

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button