Ulduz Məcidzadə Eldar Həsənovdan danışdı-VİDEO&FOTO

Ulduz Məcidzadə. Onu Azərbaycanda çoxları tanıyır. Məşhur bir kişinin qızıdır – Kolanı Məcidin. Ağrılı-acılı taleyi var. 15 yaşında anasını, 17 yaşında atasını itirib. Bir bacısı ilə birlikdə 4 qardaşı böyüdüb araya-ərsəyə gətirib. Qardaşlarının birini – Nofəli çox gənc yaşlarında itirib. O biri qardaşlarını isə Azərbaycan miqyasında tanınan adamlara çevirə bilib. Bəli, doğru təxmin etdiniz. İsgəndər Həmidovun, Sərdar Həmidovun və Zakir Məmmədovun bacılarından – Ulduz Məcidzadədən bəhs edirəm.

Onu hər zaman Gəncəyə gedəndə ziyarət edirəm. Uzun illər əvvəldən dostluq edirik. Bir-birimizə dərin bağlarla bağlanmışıq. Hələ bir neçə il bundan əvvəl Ulduz xanımdam böyük bir müsahibə götürmüş, “Xural”da anonslarını belə yaymışdım. Sonra elə oldu ki, müsahibə dərc olunmadı. Sonra da eləcə qaldı. Əsas Ulduz xanımın səhhəti idi. Məni narahat edən o idi. Hər gəlişimdə bu əziz dostumu ziyarət edir, onunla dərdləşir, söhbətləşirdim.

SAM_1081

Bu dəfə istədim bir az yenə dərdləşək. Məni qırmadı. Razılaşdı. İçi sirr dolu bir qadındır. Dəhşətlər yaşayıb. İki qardaşı eyni zamanda həbsxanada olub. Özü də ön cəbhədə olub Ulduz xanımın. Ona hətta cinayət işi qaldırılıb, üzünə adam qoyulub. Zamanın prezidenti Heydər Əliyev birbaşa müdaxilə etməsəymiş, kim bilir, proseslər nə qədər irəliyə gedə bilərmiş.

Ulduz xanım qardaşlarının həbsindən, Eldar Həsənovla onların münasibətlərindən, Heydər Əliyevlə əlaqələrindən danışıb bu müsahibədə. Maraqlıdır, Heydər Əliyev ona “Nur kündəsi” deyirmiş və Bəxtiyar Vahabzadəyə bir etirafı da olub. Bəxtiyar Vahabzadə Heydər Əliyevə onu qəbul etməsi barədə xahiş edəndə Heydər Əliyev “Mən onu qəbul etsəm, gərək İsgəndər Həmidovu azadlığa buraxam, mən isə istəmirəm” deyibmiş. Bunu da Ulduz xanım deyir.

SAM_1082

Sonda Ulduz xanım Müdafiə Nazirliyindən, xüsusilə sabiq Müdafiə naziri Səfərbala Əbiyevdən narazılığını bildirdi. O, müharibə əlili statusu almaq istəyir və dəfələrlə müraciət etməsinə baxmayaraq, ona bu status verilməyib. Ancaq Ulduz xanım özünün sağlamlığını Qarabağ uğrunda itirib. Kəlbəcərin boşaldılması zamanı hələ də sağalması mümkün olmayan zədələr alıb.

Qoy “Baş redaktorun qonağı” rubrikasında baş tutan bu müsahibə Müdafiə Nazirliyi üçün bir müraciət olsun həm də. Ulduz Məcidzadəyə müharibə əlili statusu verin və onun haqqını itirməyin. Axı, o, bütün şüurlu həyatını bu Vətənin uğrunda qurban verib.

İndi isə “Baş redaktorun qonağı” layihəsində Ulduz Məcidzadəyə qulaq asaq…

Əvəz Zeynallı

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button