Ümumi daxili məhsulun faizi artıb

ümumi daxili məhsulxural.com   xəbər verir ki, Dövlət Statistika Komitəsi 2015-ci ilin yanvar-may aylarında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəriciləri açıqlayıb.

Göstəricilərə əsasən, Ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fiziki şəxslər tərəfindən 2015-ci ilin yanvar-may aylarında 21,3 milyard manatlıq və ya ötən ilin müvafiq dövründəkindən 5,3 faiz çox ümumi daxili məhsul istehsal edilib.

Əlavə dəyərin 36,4 faizi sənayedə, 13,7 faizi tikinti kompleksində, 13,7 faizi ticarət, turistlərin yerləşdirilməsi və ictimai iaşə xidmətləri sahələrində, 6,1 faizi nəqliyyatda, 2,0 faizi rabitədə, 3,3 faizi kənd təsərrüfatında, 15,7 faizi digər sahələrdə yaradılıb. Məhsula və idxala xalis vergilər ÜDM-in 9,1 faizini təşkil edib.

2014-cü ilin eyni dövrü ilə müqayisədə əlavə dəyər qeyri-neft sektorunda 7,6 faiz, neft-qaz sektorunda isə 2,4 faiz artıb.

xural.com 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button