Ürəyin xəstə olduğunu göstərən altı əlamət –Tibb

The Independent” yazır ki, ürəyimiz döş qəfəsimizin içərisində gecə-gündüz aramsız olaraq və sahibinə heç bir xəbərdarlıq etmədən işləyir. Çox təəssüf ki, ürəyin ilk xəbərdarlığı əksər hallarda birinci infarktla verilir. Halbuki Qərbdə hər dörd nəfərdən biri ürək-damar sisteminin xəstəliklərindən həyatını itirir.

Amma ürəyin heç də yaxşı işləmədiyini, hələ infarktlardan əvvəl də göstərən bir sıra əlamətlər var.

Bu əlamətlərə xüsusi diqqət yetirilməlidir.

1. Qulağın aşağı hissəsinin qırışması

Qulağın sırğa hissəsində yaranan diaqonal qırış bəzən Frank işarəsi adlanır. Bu qırışın yaranmasına ilk dəfə diqqəti Amerika doktoru Sanders Frank cəlb edib. Sonrakı araşdırmalar göstərib ki, qulaq seyvanının aşağısında, sallaq hissədə yaranmış böyük diaqonal qırışla qan damarlarının kirəcləşməsi arasında birbaşa əlaqə mövcuddur.

Qulaq seyvanındakı qırışla daxildəki arteriyalar arasındakı əlaqəni 40-dan artıq tədqiqat göstərib, lakin bunun niyə belə olduğu tam bəlli deyil.

2. Dərinin altındakı piy düymələri

Elmdə “xanthomas” kimi tanınan bu sarımtıl piy düyünləri adətən dirsəklərdə və diz ətraflarında olur. Lakin onlara göz qapaqlarında və yanbızlarda da rast gəlinir. Bu balaca şişlər özlüyündə təhlükəli deyil, lakin onlar daha böyük problemdən siqnal verə bilər. “Xanthomas”lara, adətən, ailə hiperxolesterolemiyası deyilən irsi xəstəliyi olan insanlarda rast gəlinir. Bu xəstəliyi olan insanlarda bir qayda olaraq lipoprotein xolesterolunun, “pis xolesterolun” miqdarı yüksək olur. Təəssüf ki, bu piy düyünlərinə ürəyi qidalandıran arteriyalarda da rast gəlinir.

Elmdə “xanthomas” kimi tanınan bu sarımtıl piy düyünləri adətən dirsəklərdə və diz ətraflarında olur. Lakin onlara göz qapaqlarında və yanbızlarda da rast gəlinir. Bu balaca şişlər özlüyündə təhlükəli deyil, lakin onlar daha böyük problemdən siqnal verə bilər. “Xanthomas”lara, adətən, ailə hiperxolesterolemiyası deyilən irsi xəstəliyi olan insanlarda rast gəlinir. Bu xəstəliyi olan insanlarda bir qayda olaraq lipoprotein xolesterolunun, “pis xolesterolun” miqdarı yüksək olur. Təəssüf ki, bu piy düyünlərinə ürəyi qidalandıran arteriyalarda da rast gəlinir.

3. Çomağabənzər barmaqlar

Barmaq uclarınızın çomağabənzər olması ürəyinizin problemli olmasından xəbər verə bilər. Belə barmaqlar, adətən, ağrılara səbəb olmur. Lakin belə barmaqlar ondan xəbər verir ki, ətraflardakı qan damarlarına kifayət qədər qan çatmır.

Bu əslində ürəyin xəstəliyini göstərən qədim tibbi əlamətlərdəndir. Bunlara bəzən elə buna görə də Hippokrat barmaqları deyirlər.

4. Göz bəbəklərinin ətrafındakı həlqələr

Piy düyünləri gözlərdə də ola bilir və adətən, bəbəyin ətrafına toplanır. Həlqələr inkişaf etməyə aşağıdan və yuxarıdan başlayır və nəticədə tam həlqə şəklini alır. Bu hal gözün görməsinə təsir etmir.

40 yaşdan yuxarı insanların 45 faizində bu həlqələri görmək mümkündür. 60 yaşdan sonra isə onları insanların 70 faizində müşahidə edirlər.

5. Damaq çürüməsi və dişlərin düşməsi

Ağız boşluğunun vəziyyəti ümumi sağlamlığı göstərən faktordur. Bakteriyalarla dolu ağızlarda həm yaxşı, həm də pis bakteriyalar olur. Pis bakteriyalar qan-damar sisteminə keçərək iltihab proseslərinə və qan-damar xəstəliklərinə səbəb ola bilər. Təcrübələr göstərir ki, parodantoz, adətən, ürək xəstəliyinin xəbərçisidir.

6. Mavi dodaqlar

Sağlamlığın yerində olmamasını göstərən daha bir zahiri əlamət dodaqların göylüyüdür. Dodaqların göylüyü adətən ürəyin xəstəliyindən xəbər verir. Dodaqlar, əlbəttə, şaxtadan da göyərə bilər. Lakin bu müvəqqəti haldır və isti otaqda ötüb keçməlidir. (BBC)

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button