USAİD vətəndaş cəmiyyətinin vəziyyəti ilə bağlı hesabat açıqlayıb

ABŞ Beynəlxalq İnkişaf Agentliyi tərəfindən 2016-cı il üçün Vətəndaş Cəmiyyətinin davamlılığna dair hesabatı dərc edilib. Hesabatda qeyd edilir ki, Avropada və Avrasiyada vətəndaş cəmiyyəti təşkilatları (VCT) və ayrı-ayrı fərdlər vəkillik etmək, vətəndaşları səfərbər etmək və maliyyə vəsaitləri tapmaq üçün yeni yollar tapmaqla vətəndaş cəmiyyətini məhdudlaşdıran mühitə uyğunlaşmağa getdikcə daha da öyrəşirlər.
Hər bir iştirakçı ölkədəki tərəfdaşlarla birgə əməkdaşlıq çərçivəsində buraxılmış Mərkəzi və Şərqi Avropa və Avrasiya üçün 2016-cı il VCT Davamlılıq İndeksinin (VCTDİ) nəticələri göstərir ki, Macarıstan, Rusiya, Azərbaycan və Makedoniya da daxil olmaqla, bəzi ölkələrdə demokratik geriləmə müşahidə edilib. Bu geriləmə indi həm VCT-lərin davamlılığını, həm də vətəndaşların toplaşmaq, birləşmək və ifadə kimi fundamental azadlıqlarını təhlükə altına alır. Bu ilin hesabatı, Makedoniyadakı kütləvi etirazlardan başlayaraq Polşada olanlara qədər, ictimai nümayişlərin həm ictimaiyyətin, həm də siyasətçilərin diqqətini ictimai narahatlıqlara çəkmək üçün vacib bir alət olmağa davam etdiyini göstərir. Regiondakı bir çox ölkələrdə VCT-lərin davamlılığı maliyyəyə çıxışın azalması və məhdudlaşdırıcı fəaliyyət sahəsi səbəbilə getdikdə daha da çətinləşir. Digər tərəfdən, bu ilin hesabatı müsbət bir hal kimi innovativ təcrübələr vasitəsilə maliyyə diversifikasiyasında irəliləyişlərini də qeyd edir.
Hökumət VCT-lərin xarici maliyyəyə çıxışını məhdudlaşdırdıqca və onlar üçün hökumət maliyyəsini azaltdıqca təşkilatlar alternativ maliyyə mənbəyi kimi bir neçə mənbədən maliyyələşmədən daha çox istifadə edirlər. Bundan əlavə, göründüyü qədərilə bu cür maliyyə daha geniş diapazonda məsələlərin həllinə yönəlir, belə ki, VCT-lər, 2016-cı ildə əsas hədəfləri olan sosial, ətraf mühit və mədəni fəaliyyətlərinə əlavə olaraq siyasi və insan hüquqları fəaliyyətləri üçün bu cür maliyyələşmədən istifadə etməkdə uğur qazandıqlarını qeyd etdilər. Lakin digər kontekstlərdə hökumətin məhdudiyyətləri VCT-lərin fəaliyyətini xeyli çətinləşdirmişdir. Məsələn, Azərbaycanda qeyri-rəsmi sorğular ötən bir neçə ildə VCT-lərin ən azı üçdə ikisinin fəaliyyətlərini dayandırdığını və fəaliyyət göstərən VCT-lərin kifayət qədər maliyyəsinin olmaması səbəbindən işçi heyətlərinin əksəriyyətini itirdiklərini göstərir.
Mərkəzi və Şərqi Avropa və Avrasiya üzrə VCTDİ regionun 24 ölkəsində qeyri-kommersiya VCT-lərin inkişafındakı irəliləyişi qiymətləndirir. Bu ilki buraxılış 2016-cı təqvim ili ərzində vətəndaş cəmiyyətindəki inkişafları əhatə edir. VCTDİ indi, 20-ci ilində diqqəti hüquqi mühitə, təşkilati bacarıqlara, maliyyə davamlılığına, vəkilliyə, xidmət təminatına, infrastruktura və ictimai imicə yönəltməklə vətəndaş cəmiyyətinin daxili və xarici kontekstini və fəaliyyət bacarıqlarını təhlil edir. Hesabat hər bir ölkədə və bütövlükdə region üzrə vətəndaş cəmiyyətinin inkişafını təsvir edir və qiymətləndirir.
Azərbaycanda QHT-nin “hüquqi mühit” reytinqi 7 ballıq sistem üzrə 6.4 bal səviyyəsində qalıb. QHT-lərin qeydiyyatı problemi qalır. Heç bir beynəlxalq donor və QHT yeni prosedur üzrə qeydiyyatı yeniləyə bilməyib.
“Təşkilati bacarıqlar” meyarı üzrə reytinq 5.7-dən 5.9-a endirilib. Belə ki, maliyyələşmə olmadığından QHT-lərin üçdə ikiyə qədəri işçilərə ödəniş etmək, ofisi saxlamaq və digər xərcləri ödəmək üçün vəsait çatışmazlığına görə öz fəaliyyətini dayandırmalı, ya da məhdudlaşdırmalı olub.
“Maliyyə imkanları” reytinqi də 6.3-dən 6.5-ə enib. Qeyd olunub ki, QHT-lərin yeganə maliyyələşmə mənbəyi dövlət fondlarıdır.
“İctimai vəkillik” reytinqi bir qədər yaxşılaşıb, 5.9-a qarşı 5.8 olub. QHT-lərin fəaliyyətinə senzura tətbiq edilməsi cəhdlərinə baxmayaraq, fəallar ictimai vəkilik üçün sosial mediadan istifadə edirlər. Eyni zamanda hakimiyyət hökumətyönlü QHT-lər üçün əlverişli şərait yaradıb.

 

Rəşad Vaqifoğlu, Bizimyol.info

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button