Üzeyir Məmmədlinin həbs müddəti uzadıla bilər

uzeyir Memmedli 1

21.06.2013

İyunun 22-də Nəsimi Rayon Məhkəməsində “Nida” Vətəndaş Hərəkatı İdarə Heyətinin üzvü Üzeyir Məmmədlinin həbs müddətinin uzadılması ilə bağlı təqdimata baxılacaq.

Vəkil Yalçın İmanov “Media forum” saytına deyib ki, istintaq müddətinin uzadılması haqqında Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi məhkəməyə təqdimat verib: “Üzeyir Məmmədlinin həbsdə olduğu 3 ayda onunla bağlı heç bir istintaq hərəkəti aparılmayıb. Maraqlıdır, həbs müddətinin uzadılmasına nə əsas gətiriləcək?”

Nəsimi Rayon Məhkəməsində həbs müddətinin uzadılması ilə bağlı təqdimata hakim Elmar Kərimovun sədrliyi ilə baxılacaq.

Üzeyir Məmmədli martın 30-da həbs edilib. Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində ona Cinayət Məcəlləsinin 228.3-cü maddəsi ilə (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) ittiham irəli sürülüb. Nəsimi Rayon Məhkəməsi onun haqqında 3 aylıq həbs qərarı çıxarıb.

 

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button