Vəkillər Kollegiyası Elçin Sadıqov barəsində qərar verəcək

Vəkillər Kollegiyası 1

Ali Məhkəmənin hakimi Fərhad Kərmovun müraciətinə əsasən, Vəkillər Kollegiyası Elçin Sadıqov barəsində rəy verib.

elcin sadiqov

Elçin Sadıqovun bildirdiyinə görə, müraciət Novruz Bayramı ərəfəsində prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə azadlığa çıxan jurnalist Pərviz Həşimlinin müdafiəsi ilə bağlıdır.

Vəkil qeyd edir ki, ötən ilin oktyabr ayında Pərviz Həşimlinin Ali Məhkəməyə şikayəti əsasında baxışdan əvvəl müdafiə etdiyi şəxsin xahişinə əsasən, onun prosesdə iştirakının təmin edilməsi ilə bağlı vəsatət qaldırıb. “Oktyabrın 27-də Ali Məhkəmə mənim iştirakım olmadan iclas keçirərərək Pərviz Həşimli barəsində qərarı qüvvədə saxlayıb. Mən isə vəsatətə əsasən, iclasın təxirə salınması ilə bağlı vəsatətim təmin edilməyib. Hakim Fərhad Kərimov həm mənim, həm də digər vəkil Bəhruz Bayramov barəsində Vəkillər Kollegiyasına müraciət edib ki, guya biz Pərviz Həşimlinin hüquqlarını müdafiə etməmişik. Vəkillər Kollegiyasının İntizam Komissiyası da bunula bağlı rəy verib. Ancaq mən bu rəyi əsassız hesab edirəm. Çünki məhkəmə baxışının təxirə salınması ilə bağlı ərizə göndərmişəm və   məhkəmənin çıxardığı qərar, yəni həmin ərizənin təmin edilməməsinə görə məsuliyyət daşımıram.

Pətviz Həşimlinin hüquqlarını isə ibtidai istintaqdan Avropa Məhkəməsinə qədər bütün instansiyalarda müdafiə etmişəm. Bunu Pərviz Həşimli Vəkillər Kollegiyasına məktibinda da qeyd edib” – deyən vəkil bildirir ki, bu gün Vəkillər Kollegiyasının Rəyasət Heyətində bu məsələ ilə bağlı qərar veriləcək.

Vəkillər Kollegiyası

Qeyd edək ki, İntizam Komissiyasının rəyinə əsasən, Rəyasət Heyəti intiazm tənbehi verə bilər. İntizam tənbehlərinə isə “irad tutma”, “xəbərdarlıq”, “töhmət”, həmçinin vəkilin kollegiyadan çıxarılması ilə bağlı məhkəməyə müraciət etmə də nəzərdə tutulur.

Vəkil Elçin Sadıqov bunu özünə qarşı peşə fəaliyyəti ilə bağlı təzyiq hesab edir. “Bu mənim jurnalistləri, hüquq müdafiəçilərini və tənqidi fikirli insanları müdafiə etdiyimə görədir” – deyə vəkil vurğulayır.

Strateq.az

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button