Vərəmlə mübarizə üzrə Tədbirlər Proqramının tətbiqinə dair əmr imzalanıb

Oktay Şirəliyev

Səhiyyə naziri Oktay Şirəliyev “2016-2020-ci illər uçun vərəmlə mübarizə üzrə Tədbirlər Proqramı”nın həyata keçirilməsinə dair əmr imzalayıb.

Bu barədə report.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Əmrdə “2016-2020-ci illər üçün vərəmlə mübarizə üzrə Tədbirlər Proqramı”nın icrası ilə bağlı nazirliyin Fəaliyyət Planının təsdiq olunması, aidiyyəti qurumların rəhbərlərinə tədbirlərin vaxtında və keyfiyyətli həyata keçirilməsinin təmin edilməsi, habelə görülən işlər barəsində vaxtaşırı Səhiyyə Nazirliyinə məlumat verilməsi kimi bir çox məsələlər tapşırılıb.

Tədbirlər Planında vərəm əleyhinə tibb müəssisələrinin fəaliyyətinin ÜST-nin vərəmlə mübarizə strategiyasına uyğun təkmilləşdirilməsi, vərəmli xəstələrin vahid elektron registrinin təkmilləşdirilməsi, vərəmin diaqnostikasının yaxşılaşdırılması məqsədi ilə vərəm əleyhinə tibb müəssisələrinin müasir laboratoriya avadanlığı ilə təchiz edilməsi, mikrobioloji laboratoriya avadanlığı ilə təchiz edilməsi, mikrobioloji laboratoriyanın zəruri reaktiv və ləvazimatlarla təchiz olunması, vərəmə qarşı dərman preparatlarının keyfiyyətinə nəzarətin təminatı, xəstəliyin profilaktikası məqsədi ilə uşaqların peyvənd təqviminə uyğun peyvəndlə əhatə edilməsi, vərəmin erkən diaqnostikası məqsədi ilə tibb müəssisələrinin spesifik sınaq vasitələri ilə təminatı, vərəm əleyhinə müəssisələrdə infeksiyaya qarşı mühafizə tədbirlərinin gücləndirilməsi, vərəm əleyhinə tibb müəssisələrinin dərman preparatları ilə davamlı təminatı, vərəmin profilaktikası, diaqnostikası müalicəsi üzrə mütəxəssislərin hazırlanması, bu sahədə çalışan tibb işçiləri üçün vərəmin aşkarlanması və müalicəsi üzrə treninqlərin təşkili və.s bu kimi məsələlər əks olunub.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button