Vəkil: “Əfqan Muxtarlının ürəyində ağrılar var”

Bu gün, iyunun 21-i vəkil Elçin Sadiqov Bakı İstintaq Təcridxanasında jurnalist Efqan Muxtarlı ilə görüşüb.

Vəkilin deməsinə görə, jurnalist həkim müayinəsindən keçib:

“Həkim gəlmişdi, onun ürəyini müayinə etdi. Həkim bildirdi ki, həbsi Əfqan Muxtarlının səhhətinə çox pis təsir edib. Əfqan Muxtarlının ürəyində ciddi ağrılar var idi. Ancaq mən bilmirəm ki, həmin həkim öz rəyində nə yazacaq”

Elçin Sadıqov həmçinin deyib ki, jurnalistə yaxınlarına zəng vurmağa icazə verilmir:

“Mən bu gün Əfqan Muxtarlının xanımının telefonunu ona vermək istədim. Ancaq buna icazə verilmədi. Əfqan Muxtarlı ciddi nəzarət altında saxlanır…”

Vəkilin bu açıqlamasına, hələlik, Penitensiar Xidmətindən münasibət almaq mümkün olmayıb (azadliq.org)

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button