Vəkil 30 sutkalıq həbs edilmiş AXCP üzvü ilə görüşüb

Vəkil Əsabəli Mustafayev sentyabrın 6-da Binəqədi cəzaçəkmə müəssəsində 30 günlük inzibati həbs cəzasına məhkum edilmiş AXCP üzvü Üzeyir Abbasovla görüşüb. Bu barədə vəkil özü feysbukda məlumat yayıb. Vəkil qeyd edib ki,  Ü.Abbasovu ümumiyyətlə olmadığı ərazidə guya ünvansız söyüş söydüyünə dair protokol tətrib etməklə inzibati həbsə göndəriblər:

“İlkin yayılmış məlumatlardan bəlli olduğu kimi, 2 sentyabr tarixində onun telefonuna zəng edən polis əməkdaşı Üzeyiri polis bölməsinə dəvət edib. Ayağında problem olduğu üçün ağsadığını bildirən Üzeyir gələ bilməyəcəyini, zərurət varsa evdəgörüşməyə hazır olduğunu bildirib. Polis əməkdaşı eləməyib tənbəllik, gəlib onların evinə və onunla birlikdə 8-ci polis bölməsinə getməyi Üzeyirdən xahiş edib. Üzeyir onunla birlikdə əvvəl Səbail rayon polis idarəsinə, sonra isə 8-ci polis bölməsinə gedib. Məlum olub ki, onun tutulmasının səbəbi bir gün əvvəl öz FB səhfəsində bir karikaturanı şərh verərək paylaşması olub.

Polis idarəsində xakerlərin köməyi iləonun səhfəsindəki bütün statuslar pozulub. Sonra onu sərbəst buraxıblar, lakin tələb ediblər ki, birinci gün yenidən bölməyə gəlsin, buradan onun Bakı Baş Polis İdarəsinə aparılacağını bildiriblər. Buraxılmamışdan qabaq daha ciddi məsuliyyətə cəlb olunacağı barədə hədələnib. Üzeyir də bölmədən çıxaraq gəlib Amerika səfirliyinin qəbul otağına. Onu içəriyəburaxmayıblar, çöldəki pəncərədən başına gələnləri danışıb və işinin müşhidə olunmasını xahiş edib. Bu zaman çoxlu sayda polis əməkdaşları oraya gəlib və Üzeyiri tutub. Əvvəl onu Nəsimi polis bölmələrindən birinə aparıblar. Oradan zəng ediblər Səbail 8-ci polis bölməsinə. Bu bölmənin əməkdaşları da gəlib Üzeyiri yenidən həmin bölməyə aparıblar. Həmin günü protokol tətrib olunub ki, Üzeyir 20-ci sahənin ərazisində olarkən küçədəünvansız söyüş söyüb və bu hərəkətlərin dayandırılması barədə polisin tələbinə tebe olmayıb (uzun illərdir təkrarlanan bu ittihama şərh verməkdən yorulduğum üçün bu dəfə vaz keçirəm). Sentyabrın 2-də günorta saatlarında tutulan Üzeyir yalnız ayın 5-dəgünortadan sonra məhkəmə qarşısına çıxarılır. Həmin günü ümumiyyətlə olmadığı ərazidə inzibati xəta törətməsi bəhanəsilə məsuliyyətə cəlb edilir. İşin qısa mahiyyəti bundan ibarətdir”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button