Vəkil İntiqam Əliyev azadlığa buraxıldı
Tanınmış vəkil İntiqam Əliyev azadlığa buraxılıb.
Bu barədə bu gün keçirilən məhkəmədə qərar qəbul olunub.
Ali Məhkəmənin qərarı ilə İntiqam Əliyev 5 il müddətinə şərti cəza ilə azadlığa buraxılıb. Vəkil Cavad Cavadov jurnalistlərə açıqlamasında İntiqam Əliyevin yaxın saatlarda təcridxanadan azad olunacağını bildirib.