Vətəndaş cəmiyyəti fəalları AXCP sədrini dəstəkləmək üçün onun evində olub-VİDEO

Vətəndaş cəmiyyəti fəalları AXCP sədrini dəstəkləmək üçün onun evində olub

Vətəndaş cəmiyyəti fəalları AXCP sədrini dəstəkləmək üçün onun evində olub

Aprelin 13-də bir qrup vətəndaş fəalı AXCP sədri Əli Kərimlini müdafiə məqsədi ilə  onu yaşadığı evdə ziyarət edib.

Son bir neçə gün dalbadal bir qrup gənc AXCP sədri Əli Kərimlinin evinin qarşısına gələrək etiraz aksiyası keçirir. Aksiyaçılar müxalifət liderini Qarabağ cəbhəsində baş verən hadisələrdə Azərbaycanın dövlət siyasətinə qarşı çıxmaqda günahlandırır, ermənipərəst siyasət yürütdüyünü deyir.  Etirazçılar hətta Kərimlinin ölkəni tərk etməsini tələb edən şüarlar da səsləndirir. Halbuki, AXCP sədrinin ümümvətəndaşlıq pasportu 10 il öncə hüquq-mühafizə orqanları tərəfindən alınıb, çoxsaylı tələblərinə baxmayaraq, hələ də  geri qaytarılmayıb.

Bu gün AXCP sədrinin evində onu ziyarət edən “Hüquq Maarifçiliyi” Cəmiyyətinin rəhbəri İntiqam Əliyev Kərimliyə  qarşı  keçirilən aksiyanın söz və  fikir azadlığına qarşı yönəldiyini bildirib.

“Ölkədə hər bir şəxsin tənqidi fikir söyləmək hüququ yerli qanunvericilik və hökumətin insan hüquq və azadlıqları ilə bağlı  götürdüyü beynəlxalq öhdəliklərdə təsbit olunub”, – o qeyd edib.

Digər hüquq müdafiəçiləri müxalifət liderinə qarşı yönəlmiş aksiyaların diqqəti Qarabağ cəbhəsi ilə bağlı yayılan yalan məlumatlardan və  Rusiya ilə aparılan danışıqlardan yayındırmağa yönəldiyini bildirib. Hüquq müdafiəçiləri Kərimlinin evinin qarşısına gətirilən gənclərin aldadıldığını deyiblər.

“Həmin gənclərdən bir neçəsi onların Dağlıq Qarabağla bağlı aksiya keçiriləcəyi adı ilə aldadıldığını etiraf edib”, – Rövşən Hacıyev qeyd edib.

Vətəndaş cəmiyyəti fəalları hesab edirlər ki, hökumət böhranı idarə edə bilmir, ölkədə ictimai tənqidlərin olacağına rəğmən tənqidi səsləri boğmaq üçün qabaqlayıcı tədbir kimi müxalifət liderinin evinin qarşısını  seçib.

“Bu aksiyalar da vəziyyətdən çıxış deyil. Hökumət islahatlara start verməlidir”, – Mehman Əliyev qeyd edib.

AXCP sədri Əli Kərimli  bildirib ki, aksiyaların təşkilində məqsəd diqqəti hökumətin tənqidindən yayındırmaq və Panamada ofşor hesabları ilə bağlı  tənqidi fikirləri qabaqlamaqdır.

“Ancaq iqtidar yanılır, bu  hesabatlarda əks olunanlar xalqa izah ediləcək”.

Ə.Kərimli həmçinin Dağlıq Qarabağ münaqişəsi ətrafında hökumətin Rusiya ilə gizli danışıqlarından şübhələnir.

“Hökumət Rusiyanın yenidən Azərbaycana qayıtmasını dəstəkləsə qarşısında bizi və ictimaiyyəti görəcək”, – o qeyd edib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button