Vahid Əhmədov bankirləri parlamentə dəvət edir

C

“Əhali banklarda olan 5-10 min manat əmanətini belə geri götürə bilmir”

Milli Məclisin iclasında deputat Vahid Əhmədov bildirib ki, Azərbaycanın bank sektorunda çox ciddi problem yaranıb. Strateq.az xəbər verir ki, bu problemlərin həll edilməsi üçün ölkədəki bank rəhbərləri Milli Məclisə çağırılmalıdır. “Banklarda likvidlik problemi var. Kredit portfelində göstəricilər qənaətbəxş deyil. Azərbaycanda əmanətlərin 83%-i dollarda saxlanılır. Əmanətlərin sığortalanması haqqında qanun qəbul etsək də, manatda olan əmanətlərin həcminin artmasını müşahidə etmədik. Əhali banklarda olan 5-10 min manat əmanətini belə geri götürə bilmir. Mən əvvəllər də təklif etmişdim. İndi də təklif edirəm ki, bu məsələ ilə əlaqədar gəlin bankların rəhbərlərini Milli Məclisə dəvət edək. Problemləri müzakirə edək. Bu vəziyyəti aradan qaldırmaq üçün çox ciddi addımlara ehtiyac var. Qısa müddətdə bu istiqamətdə addımlar atılmasa, Azərbaycan iqtisadiyyatında çox ciddi problemlər yaranacaq. Azərbaycan prezidenti tütünçülük, pambıqçılıq və sair sahələrin inkişafı ilə bağlı göstərişlər verib. Bu göstərişlərin yerinə yetirilməsi üçün bank sistemi çevik işləməlidir. Bir daha müraciət edirəm ki, bank rəhbərləri Milli Məclisə dəvət olunsun və problemlər birgə müzakirə olunsun” – deyə V.Əhmədov bildirib.

Aruz

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button