“Valyuta bazarımız Mərkəzi Bankın açıqlamalarına fərqli reaksiya verir”

vüqar bayramovvüqar bayramov

Mərkəzi Bank sədrinin “devalvasiya olmayacaq, auksionlarda tələb və təklifin təsiri altında manat möhkəmlənir” açıqlamalarından sonra ötən bütün günlərdə manatın dollara nisbətən dəyər itirməsi qeydə alınmağa başlayıb.

Xural.com xəbər verir ki, bununla bağlı tanınmış iqtisadçı Vüqar Bayramov öz fikirini açıqlayıb.

Onun sözlərinə görə, milli valyutamız dəyər itirməkdədir:

“Belə ki, martın 1-də əvvəlki günlərə nisbətən ucuzlaşan manat 1.5687-ə təklif edildi. Bu gün isə manat yenidən dəyər itirərək 1.5764-dək düşüb. İnkişaf etmiş ölkələrdə Mərkəzi Bankların pozitiv açıqlamalarından sonra milli valyutalar möhkəmlənsə də bizdə tamamilə əksi baş verir. Valyuta bazarımız Mərkəzi Bankın açıqlamalarına fərqli reaksiya verib və milli valyuta dəyər itirir. Dolların son günlər dünya bazarına möhkəmlənməsi də manata təzyiqi artırıb. Belə ki, son 1 həftədə dollar avroya nisbətən 4 faizə yaxın möhkəmlənib. Dolların möhkəmlənməsi bivalyuta səbətinə malik olan Azərbaycanda milli valyutanın dəyər itirməsinə səbəb olur. Auksionlarda da dollar tələbin artması müşahidə edilir. Ötən həftə dollar tələbini ödəyə bilməyən və buna aydınlıq gətirməyən Mərkəzi Bank əslində manatın ucuzlaşmasına şərait yaratdı. Məhz həmin auksiondan sonra manatın ucuzlaşması davam etməkdədir”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button