Vasif İsmayıl yazır: “Məni niyə masonluğa seçmədilər?”

Köşə kimi status

 

Masonlar haqqında axmaq fikirlər lap bezdirdi.

Masonlar kimdir?

Bir qrup insandır.

Əslində, çoxlu qrup insandır.. Dünyada bir neçə mason məktəbi, onların deyimi ilə, lojası mövcudur.

Necə yəni?

Bu dünyada müxtəlif inanclar, düşüncələr mövcuddur.

Müxtəlif dərnəklər də vardır.

Məsələn, mən, Avropa uroloqlar cəmiyyətinin, Societe International Urology, Azərbaycan Uroloqlar Assosiasiyasının və s. üzvüyəm.

Niyə?

Çünki bunlar bizim peşə dərnəklərimizdir.

Mədəni dünyada bildiyiniz peşələrin, hətta ayaqqabı yamayan insanların belə dərnəkləri vardır.

O cümlədən, peşəkarların da dərnəyi vardır.

O cümlədən, başarılı insanların da dərnəkləri, klubları vardır.

Bu dünyada nə isə bir iş bacaran bir qrup insan yığışıb müəyyən bir fəlsəfi prinsipi həyata keçirməklə məşğuldurlar.

Bütün məsələ Hz.Süleyman məbədinin bənnası Hiram ustadan başlayır.

Hiram usta bənna idi. Daşdan məbəd tikməklə məşğul idi.

İşini çox gözəl bacarırdı. Onun işinin sirrini şagirdlik etmədən, bu işin zəhmətinin çəkmədən öyrənmək istəyən bir qrup insana qarşı gəldi. Onlarla mübarizə apardı.

Bənnalıq sənətini ancaq bu sənəti sevən, istedadı olan və bacarıqlı insana öyrətmək lazım gəldiyini savunurdu. Hər bənna əvvəlcə bənnalıq şagirdliyini etməli, bu işi taaaaa kökündən öyrənməli idi.

Bu gün bildiyimz Hippokrat andı da həkimlər üçün eyni prinsipi təlqin edir:

“Sənəti ancaq bu işi sevən, istedadlı, uğurlu insanlara öyrət” – deyir.

Hippokrat bir də öz ustana sözsüz itaət tələb edir.

Hiram usta da belə bir tələb irəli sürmüşdü. Ustada sözsüz itaət.

Bu gün həyata keçirdiyim cərrahlıq sənətini ustalarıma sözsüz itaət göstərdiyim üçün mənə öyrədiblər.

Amma Hippokrat ancaq həkimlər üçün ustad idi.

Hiram usta isə bütün sənətkarlar üçün.

Bir gün, bundan yüzillər əvvəl bir qrup sənətkar toplaşıb Mason təşkilatını qurdu.

“Mason” ingilis dilində “Bənna” deməkdir.

Masonlar öz işini sevən, bacarıqlı, uğurlu və öz ustadına sözsüz itaəti qəbul edən kimsələri öz sıralarına alır, onlara minillərdir toplanmış işgörmə vərdişlərini aşılayır, onların cəmiyyətdə daha yüksək mövqeyə gəlməsi üçün çalışır.

Masonluqda din, dil, irq vacib olmadığı üçün sadəcə öz işini sevən, bacaran, uğurlu insanlar ancaq DƏVƏT üzrə toplaşırlar. Heç bir dini, irqi və dil fərqi gözətmədən.

Bir çox mason təşkilatı vardır. Azərbaycanda 2 mason lojası fəaliyyət göstərir..

Onların sırasına qoşula bilməzsiniz. Ancaq onlar dəvət edə bilərlər.

Mənim müəllimlərimdən 3-ü mason idi… Özü də biri 33-cü dərəcədən mason ustası idi. Bu, masonlarda ən ali dərəcədir.

Kənardan baxsanız, o müəllimə sadə biri kimi baxardınız. Amma o, ayağa qalxdığı zaman yüzlərlə insan təzim edirdi.

Ustaya hörmət olaraq.

Masonlar ancaq özləri seçdikləri insanlara həyatda başarılı olmağın sirlərini öyrədirlər.

Masonluqda üzvlük məxfidir. Ancaq üzvün özü öz üzvlüyü haqqında danışa bilər.

Ona görə də mənim mason müəllimlərimin kim olduğunu sizə söyləyə bilmərəm.

Məni masonluğa seçmədilər. Bir dəfə ucundan-qulağından təklif etdilər. Lakin deyəsən onların yoxlamasından keçə bilmədim.

Bunları yazdığım üçün.

Daha doğrusu, bir az “ağzıcırıq” olduğum üçün.

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button