Vasif İsmayıl yazır: “Yasdayam, kədərliyəm”

Sizə atanızın etmədiyi yaxşılığı kim edib?!

Mənə bu adam, Fikrət Vəliyev atamın etmədiyi yaxşılığı edib.

Fikrət bizim 203-cü qrupun nümayəndəsi idi. Tibb universitetinə qəbul olanda onun 29 yaşı var idi.

Özü həyat görmədi. Amma bizim 2-ci Müalicə profilaktika fakültəsinin 3 tələbəsinə: mənə, Rasim Bayramov və Müşfiqə adam olmaq fürsəti verdi.

Rektor ondan Türkiyəyə oxumağa getmək üçün 3 nəfərin adını istəmişdi.

Mənim, Rasimin və Müşfiqin adını vermişdi.

Özü gün görmədi, bizə həyat verdi.

Bu gün vəfat edib.

Bir oğlu doğuşdan xəsərli idi. Ömrü boyu əziyyət çəkdi.

Onun yaxşılığı üçün bir qara qəpik xeyir verə bilməmişəm ona.

Kədərliyəm.

İnandırım sizi, atamı itirəndə belə hisslər keçirmişdim.

Allah rəhmət eləsin. Bütün sözlər yersizdir.

P.S.

Məni bilirsiniz. Rasim Azərbaycanın ən tanınmış radioloqudur. Müşfiq isə… eh… bundan 10 il əvvəl intihar etdi.

Ehhhh, ay Fikrət, axı sənə bircə dəfə “təşəkkür edirəm” belə demədim axı.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button