“Vasif Talıbov anası vəfat edən gün ilk olaraq şəhidin dəfninə gedib”

Vasif Talıbov

“Bəzi saytlarda oxuyuram ki, hansısa şəhidlər gizlədilir, gizli dəfn olunur və ya deputatlar iştirak etmir. Bu rəzalətdir, bundan böyük alçaqlıq olmaz. Ən azı o dəfndə kimin iştirak etdiyini şəhidin ailəsi, ora qatılan on minlərlə insan görür. Naxçıvanda şəhid leytenent Qalib Orucəliyevin dəfnində iştirak edən zamanı məlum olud ki, Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun anası həmin gün vəfat edib. Amma o şəhidin dəfnində iştirak edir. İnsanlar belə yanlış informasiyalar verməklə heç hara gedə bilməyəcəklər. Müxalifətçilik və düşmənçilik etmək istəyirsənsə başqa məsələ ətrafında et. Bunu şəhidin dəfni üzərində etmə. Cəmiyyət buna münasibətini bildirməlidir”.

xural.com xəbər verir ki, bunu parlamentin iclasında  deputat Qüdrət Həsənquliyev deyib. O qeyd edib ki, bəzi şəhidlərin gizli dəfn olunması, həmin mərasimlərində millət vəkilləri və dövlət xadimlərinin iştirak etməməsi barədə iddiaların tamamilə əsassızdır.

Deputat bildirib ki, Naxçıvandan seçilən deputatlar şəhid leytenant Qabil Orucəliyevin dəfn mərasimində iştirak ediblər. Şəhidin əmisi bizə dedi ki, Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun anası vəfat edib, ancaq o, ilk olaraq şəhidin dəfninə gəlib. Əli Kərimov kimilərin iddiaları əsassızdır. Bir zaman Avropa Komissiyasının iclasında müharibə əleyhdarı kimi çıxış edən Əli Kərimovun indi müharibə tərəfdarı kimi çıxış etməsi riyakarlıqdır”.

Aruz

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button