Vasif Talıbovun keçmiş köməkçisinə Bakıda vəzifə verildi

anar-axund-1

Milli Məclisin sabiq deputatı Anar Axundzadə yeni vəzifəyə təyin olunub.

Bu barədə sabiq deputatın özü azvision.az-a məlumat verib. O deyib ki, Səbail Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humаnitаr məsələlər şöbəsinin müdiri vəzifəsinə təyinat alıb:

“Bu gün yeni vəzifəyə təyin olunmağımla bağlı əmr verilib. Sabahdan işə başlayacağam”.

Strateq.az bildirir ki, 1972-ci ildə Naxçıvan şəhərində anadan olan Anar Axundzadə uzun illər həm də Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun köməkçisi işləyib.

Belə ki, Anar Axundzadə 1995-cil ildə Naxçıvan Dövlət Universitetini bitirdikdən sonra əvvəlcə Naxçıvan MR Nazirlər Kabinetinin birinci dərəcəli mütəxəssisi, elə həmin ilin dekabr ayında isə Naxcıvan MR Ali Məclisi sədrinin köməkçisi təyin edilib. 1996-1997-ci illərdə Naxçıvan DİN Daxili Qoşunlarinda həqiqi hərbi xidmətdə olan Anar Axundzadə xidmətdən qayıtdıqdan sonra – 1997-2000-ci illərdə yenidən Naxçıvan MR Ali Məclisi Sədrinin köməkçisi işləyib.

2000-ci il fevral ayında isə Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini təyin edilib.

2000-ci ildə Azərbaycan Respublikası Milli Məclisinə seçkilərdə 3 saylı Naxçıvan Şəhər dairəsindən deputat seçilən Anar Axundzadə deputatlıq fəaliyyəti dövrundə bir sıra beynəlxalq təşkilatların üzvü və seminarların iştirakçısı olub.

1992-ci ildən Yeni Azərbaycan Partiyasının uzvüdür.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button