VCMK Aİ-Azərbaycan sazişinin demokratik aspektini gücləndirməyə çağırır

Vətəndaş Cəmiyyətini Müdafiə Komitəsi Avropa İttifaqı və Azərbaycan arasında tərəfdaşlıq haqqında gələcək sazişin demokratik aspektini gücləndirməyə çağırıb.

Fevralın 6-da Brüsseldə Aİ və Azərbaycan arasında Strateji Tərəfdaşlıq Sazişinin hazırlanması haqqında danışıqlar başlayıb. Bu sənəd 1996-cı il tarixli Tərəfdaşlıq və Əməkdaşlıq Sazişini əvəz etməlidir.

“Azərbaycan Vətəndaş Cəmiyyətini Müdafiə Komitəsi Aİ və Azərbaycan arasında ikitərəfli münasibətlərin inkişafı və dərinləşməsinin, müxtəlif sahələrdə demokratik islahatların keçirilməsinin bünövrəsini qoyan yeni dialoqun başlamasını alqışlayır.

Bununla belə, PCA sazişində təqdim edilmiş vəzifələrin öz həllini tapmayacağı narahatlıq doğurur, çünki əməkdaşlığın azad cəmiyyət kimi mühüm komponenti Azərbaycanda hələ də formalaşmayıb. Ölkədə siyasi partiyaların, QHT-lərin, KİV-lərin fəaliyyəti, toplaşmaq azadlığı məhdudlaşdırılıb, siyasi məhbusların sayı durmadan artır”, deyə bəyanatda bildirilir.

Sazişin ölkənin demokratikləşməsi ilə bağlı bir çox müddəaları Azərbaycanda inkişaf etmiş demokratik cəmiyyətin ən mühüm amillərinin – vətəndaş cəmiyyəti və KİV azadlığının təmin edilməməsi ilə əlaqədar həyata keçirilməyib.

“Bunu nəzərə alaraq, VCMK Aİ rəhbərliyini və Azərbaycan hökumətini demokratik islahatlar, qanunun aliliyi, vətəndaş cəmiyyətinin azadlığı və insan hüquqlarının müdafiəsini Strateji Tərəfdaşlıq Sazişinin yeni layihəsində əsas amillər kimi nəzərdə tutumağa çağırır”, deyə müraciətdə qeyd edilir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button