VCMK-nın Forumu uğurla baş tutdu (I hissə) – FOTO&VIDEO

VCMK-nın Forumu – I hissə

Aprelin 19-da Beynəlxalq Mətbuat Mərkəzində sonuncu dəfə 2014-cü ilin yanvar ayında toplanan, amma hər il normalda toplanmalı olan Vətəndaş Cəmiyyəti Müdafiə Komitəsinin Forumu baş tutdu. Forumu İqtisadi Tədqiqatlar Mərkəzinin sədri Qubad İbadoğlu aparırdı. Forumda ölkənin tanınmış Vətəndaş Cəmiyyəti nümayəndələri iştirak edirdilər. Həbsdən yenicə çıxan jurnalistlər, sabiq vicdan məhbusları Hilal Məmmədov və Pərviz Həşimli də Forumun iştirakçılarından idi.

Moderatoru Qubad İbadoğlu oğlu olan Forumda çıxışları sırası ilə media hüququ üzrə ekspert Ələsgər Məmmədli (Azərbaycanda vətəndaş cəmiyyəti fəaliyyət mühiti: mövcud qanunvericiliyin təhlili), “Rasional İnkişaf Uğrunda” Qadınlar Cəmiyyətinin sədri Şəhla İsmayıl (Azərbaycanda vətəndaş cəmiyyətinin çağdaş durumu: son dəyişikliklər və gözləntilər), “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev (Azərbaycanda medianın çağdaş durumu: son dəyişikliklər və gözləntilər) və Helsinki Vətəndaş Assambleyasının Azərbaycan Milli Komitəsinin sədri Arzu Abdullayeva (Azərbaycanda insan haqlarının çağdaş durumu: son dəyişikliklər və gözləntilər) ediblər. Sonrakı bir saat yarımlıq müddətdə isə qarşılıqlı müzakirələr aparılıb.

Xural.com məhdud imkanları ilə bu Forumu lentə köçürüb tarixin yaddaşına yazdı. Vətəndaş Cəmiyyətinin illərdir davam edən durğunluğundan sonra bu ilk böyük Forumun ictimai intibah dövrümüzdə önəmli rolunun olduğuna inanaraq, tədbiri hissə-hissə Oxucu-tamaşaçılarımızın diqqətinə təqdim edirik və bir daha vurğulayırıq ki, çəkiliş qıt imkanlarımızla baş tutub.

qubadDSC00295  elesger  mehman  sefir vekil zerdustDSC00301evezDSC00096

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button