Vedi

Cahit Erol

Görmədim, eşitdim igid adını,
Suyum, xamırım da səndədi, Vedi.
Atam danışdıqca gördüm odunu,
Sönməyən ocağım, elimsən, Vedi.

Yalçın dağlar, cüt kayalar cüt baxır,
Araz üz çevirib bax, sənsiz axır,
İldırım, şimşək də başında çaxır,
Hanı sənə can deyənlər, can Vedi.

Görmədən gəzirəm uca dağları,
Gözəl yaylaqları, qəşəng bağları,
Ulu qəbristanı, o məzarları,
Sarıbsan balanı qoynuna, Vedi.

Ulu babalarım səndə var olub,
Elim, obam, yurdum səndə qurulub,
Bozqurd yuvasına çaqqallar dolub,
Sən necə dözürsən bu dərdə, Vedi.

Tarixdə çox zaman belə olubdu,
Yalçın qayalara qarğa qonubdu,
Şahinlər uçuşub, qartal gedibdi,
Gözlə şahinləri, gələcək, Vedi.

Bu dünya yığılıb düzən qurdular,
İrəvanın ürəyini aldılar,
Şadliskini dost əliylə vurdular,
Sındı qol-qanadın o zaman Vedi.

O gündən bu günə çox zaman keçdi,
İgidlər qoynunda təzədən bitdi,
Düzələn belimi öz əlim bükdü,
İndi nə haldasan bilmirəm, Vedi.

Yenə Əyriçəndə güllər açır mı?
Qoyunlar mələşir, quzu qaçır mı?
Qoç igidlər at üstündə uçur mu?
Döz bir az həsrətə, gələcəm, Vedi.

Vedi, oğulların giriblər yasa,
Sənsiz bu dünyada yox başqa tasa,
Gələcəm mən sənə əlimdə əsa,
Qeyrətim, qalamsan, ocaqsan, Vedi.

Hanı Alməmmədim, o gözəl bağım,
İşıqlım, Şirazım, Şiddi dal-dağım,
Xəlisəylə Kolanım, alışar otağım,
Göy meçid ağlayır, yoxdu bəy, xanım,
Hələik yanmayan ocağım Vedi.

Çox oğul itirdin öz qoynunda sən,
Qırıldıqca aldın öz bağrına sən,
Xəncərli ürəyin, gözlərində nəm
Mütləq gələcəyəm mən sənə, Vedi.

Ölsəm də ruhumla gələcəm sənə,
Abbasqulu bəynən çatacam sənə,
Bütün şəhidlərlə ana qoynundan
Qışqıracam bütün dünyaya, Vedi.

Yenə hayqıracaq bəy oğulların,
Onsuz da susmadı gəlin-qızların,
Hər yanda xan Vedi deyir sözlərin,
Ağrımsan, dərdimsən, canımsan, Vedi.

Ankara, Təbrizdə, Bakıda olsam,
Vaşinqton, Parisdə, Çində də olsam,
Bütün bu dünyada lələ sarınsam,
Sənsiz istəmirəm heç bir şey, Vedi.

Az qaldı, dünyaya açacam savaş,
Haqqın axtaracam mən yavaş-yavaş,
Qoymaram ermənidə bir tək çaqıl daş,
Az qaldı yetişək o günə, Vedi
Gələcəm, gələcəm mən sənə, Vedi.

Xoş gəldiniz

İğdıra qonaq gələn Azərbaycan nümayəndə heyətinə…

Tək-tək isim saymayacam,
Bil, cümlətən xoş gəldiniz.
Deputat, yazar, şairlərlə,
Başım üstə xoş gəldiniz.

Şərəfləndirdiniz bizi,
Hörmət-izzet dizim dizi,
Bu milletin iki gözü,
Başım üstə xoş gəldiniz.

Azərbaycan nazlı diyar,
Anadolu Türklüyə yar,
Turan Atadan yadigar,
İydirimize xoş gəldiniz
Yurdunuza-yuvanıza xoş gəldiniz.

Cahit Ərol
Milliyyətçi Hərəkat Partiyasının İğdır rayon təşkilatının sədri

“Xural” qəzeti
il: 9, sayı: 049(409), 09-15 yanvar 2011-ci il


Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button