Vergidən yayınan daha iki nəfər beynəlxalq axtarışa verilib+FOTO
Bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.
Məlumatda qeyd olunur ki, 37 yaşlı Fərid Quliyev və 34 yaşlı Emin Ağalarov külli miqdarda vergi ödəməkdən yayınmaqda təqsirləndirilirlər. Ölkəni tərk etdikləri üçün onların barəsində dövlətlərarası axtarış elan edilib.
Hazırda onların saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.