VERGİLƏR NAZİRLİYİNİN ƏMƏKDAŞLARINA GENERAL RÜTBƏSİ VERİLDİ

11.02.2012

Vergilər Nazirliyinin 6 əməkdaşına ali xüsusi rütbələr verilib. Prezident İlham Əliyevin 10 fevral sərəncamı ilə 5 şəxs 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri (general-mayor) xüsusi rütbəsi alıb:

– Əsədov Asəf Əli oğlu, vergilər nazirinin müşaviri;

– Fətizadə Zaur İntiqam oğlu, Vergilər Nazirliyi yanında Xüsusi Rejimli Vergi Xidməti Departamentinin rəisi;

– Qəmbərov Fəxrədin Siyaş oğlu, vergilər nazirinin müşaviri;

– Məmmədov Habil Amil oğlu, Vergilər Nazirliyi yanında Vergi Auditi Departamentinin rəisi;

– Rəfiyev Mahir Əhmədağa oğlu, vergilər nazirinin müşaviri.

Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin rəisi Vidadi Qoca oğlu Məmmədova isə 3-cü dərəcəli dövlət ədliyyə müşaviri (general-mayor) xüsusi rütbəsi verilib.

İlham Əliyevin başqa sərəncamı ilə Vergilər Nazirliyinin əməkdaşları təltif edilib. 1 nəfər “Vergi orqanlarında xidmətdə fərqlənməyə görə” 1-ci dərəcəli Azərbaycan Respublikasının medalı, 6 nəfər “Vergi orqanlarında xidmətdə fərqlənməyə görə” 2-ci dərəcəli Azərbaycan Respublikasının medalı, 3 nəfər “Vergi orqanlarında xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli Azərbaycan Respublikasının medalı, 6 nəfər “Dövlət qulluğunda fərqlənməyə görə” medalı alıb.

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button