Vüqar Səfərlinin “mətbu qəssab” davası

Ali Məhkəmə Əvəz Zeynallının şikayətinə baxacaq…

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası prezidenti yanında KİV-ə dəstək Fondunun icraçı direktoru Vüqar Səfərlinin “Xural” qəzetinə qarşı iddiası üzrə Nərimanov rayon Məhkəməsinin çıxardığı 500 manat cərimə qərarı üzrə cavabdehin verdiyi apellyasiya şikayətinə baxan Bakı Apellyasiya Məhkəməsi anormal qərar çıxararaq, “Xural”ı 5000 manat həcmində cərimələyib.

Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 fevral 2011-ci il tarixli qətnaməsindən «Xural» qəzeti Azərbaycan Respublikası Mülki Kollegiyasına kassasiya şikayəti verib.

İşin baxılması 17 iyun 2011-ci il tarixinə təyin olunub. Kollegiyanın iclası Ali Məhkəmənin hakimi Əli Rüstəmovun icraatında, Ali Məhkəmənin binasında, 15.10-da başlayacaq.

Xatıqladaq ki, KİVDF-nin icraçı direktoru Vüqar Səfərli Əvəz Zeynallının “İlham Əliyev “Xural”ın prezidenti deyil?!” başlıqlı yazısında ünvanına yazılan “mətbu qəssab” ifadəsindən xoşlanmamış, baş redaktoru məhkəməyə vermişdi.

XuralTAC

“Xural” qəzeti,

İl: 9, sayı: 022 (430), 12-18 iyun 2011-ci il

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button