Vüqar Səfərli ilə Apellyasiya Məhkəməsi olacaq

Əvəz Zeynallı Vüqar Səfərlinin 500 manatlıq cərimə qərarından şikayət edib…

Aylar əvvəl KİVDF-nin icraçı direktoru Vüqar Səfərli «Xural» qəzetinin baş redaktoru Əvəz Zeynallını 10.000 manat cərimə tələbi ilə məhkəməyə vermişdi. Buna səbəb KİVDF direktorunun baş redaktorumuzun bir yazısına qəzəbi olmuşdu. Əvəz Zeynallı mətbuatın 135 illik tədbirləri münasibətilə keçirilən mərasimlərə həsr olunmuş «İlham Əliyev «Xural»ın prezidenti deyil?!» başlıqlı müəllif yazısında Vüqar Səfərliyə «mətbuat qəssabı» yazması ikincinin qəzəbinə səbəb olmuş və iş məhkəmə koridorlarına qədər getmişdi. Avqust ayının axırlarında yekunlaşan məhkəmə işinin qərardadını ötən ay alan Əvəz Zeynallı Apellyasiya müddəti içərisində şikayətini hazırlamış və dekabr ayının 21-də Nərimanov Rayon Məhkəməsinin xətti ilə qeyd olunan məhkəmə qərarından Apellyasiya Məhkəməsinə şikayət etmişdir. Əvəz Zeynallı Nərimanov Rayon Məhkəməsinin hakimi Arif İsmayılovun verdiyi qərarı ədalətsiz hesab edir və qərarın ləğv edilməsini tələb edir.

XuralTAC

“Xural” qezeti
il: 9, sayı: 048(408), 26 dekabr 2010-cu il-08 yanvar 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button