Vüqar Səfərlinin əleyhinə sayt yaradıldı!

«Gizli Adamlar» təşkilatı Vüqar Səfərliyə hücuma keçdi: “Vüqar Səfərli, özünü qoru! «Gizli Adamlar» təşkilatı üstünə gəlir!”

Məbuata yayılan informasiyaya görə, KİVDF-nin icraçı direktoru Vüqar Səfərlinin əleyhinə yeni sayt yaradılıb. Özünü «Gizli Adamlar» adlandıran sayt yaradıcılarının verdikləri məlumata görə, “antivuqar.azersayt.com” ünvanında yerləşən bloq-sayt Vüqar Səfərliyə qarşıdır və onun haqqında kompromat xarakter daşıyacaq. Təşkilatçıların redaksiyamıza göndərdiyi press-relizdə deyilir:

“Məqsədimiz KİVDF-nin müsabiqə keçirmək adı ilə dövlətin pullarını mənimsəməsini ifşa etməkdir. Axı həmin pulların çox cüzi hissəsi əsl ünvanlarına çatır. Məsələn, nəticələri 22 iyul 2011-ci ildə «Min bir gecə» restoranında açıqlanacaq müsabiqədə mükafatlandırılanların yalnız bəziləri real jurnalistika fəaliyyəti ilə məşğul olurlar. Onların sayları barmaqla sayıla biləcək qədər azdır. Qalanları tapşırıqla və Allah bilir, hansı yolla mükafat alanlardır.”

«Xural» qəzetinin baş redaktoru Əvəz Zeynallıya, «Qafqazinfo» saytının baş redaktoru Elbrus Əruda və digər müstəqil baş redaktorlara müraciət edən bloq-sayt rəhbərləri, informasiya dəstəyinin verilməsini və sayt-bloqun ünvanının yayılmasına kömək göstərilməsini xahiş edirlər. Müraciət bu anlamlı cümlə ilə bitir:

“Vüqar Səfərli, özünü qoru! «Gizli Adamlar» təşkilatı üstünə gəlir!”

 

XuralTAC

 

Xural” qəzeti,

İl: 9, sayı: 028 (436), 24 -30 iyul  2011-ci il

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button