Xədicə İsmayıl kassasiya şikayəti verib

Xədicə İsmayıl

Xədicə İsmayıl

Ancaq prosesin keçiriləcəyi tarix hələ məlum deyil

7,5 il azadlıqdan məhrum olunmuş araşdırmaçı jurnalist Xədicə İsmayılın kassasiya şikayəti icraata verilib.

Bu barədə məlumatı vəkil Yalçın İmanov öz Facebook səhifəsində paylaşıb.

Vəkilin sözlərinə görə, kassasiya şikayəti Ali Məhkəmənin hakimi Əli Seyfəliyevin icraatına verilib.

Ancaq prosesin keçiriləcəyi tarix hələ məlum deyil, – vəkil belə yazıb.

Jurnalist Xədicə İsmayıla qarşı ötən ilin dekabrın 5-də Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü öldürmə həddinə çatdırma) irəli sürülüb və o, həmin gün həbs olunub. Səbail Rayon Məhkəməsində hakim Elşad Şamayevin sədrliyiylə keçirilən prosesdə onun barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib. Fevral ayında jurnalistə qarşı Baş Prokurorluq

Cinayət Məcəlləsinin179.3.2 (mənimsəmə və israf etmə- külli miqdarda törədildikdə),192.2.2 (qanunsuz sahibkarlıq), 213.1(vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui istifadə) maddələri ilə yeni ittihamlarını elan edib.

Xədicə İsmayıl irəli sürülən ittihamları peşə fəaliyyəti əlaqələndirək rədd edib.

Jurnalist Beynəlxalq Amnistiya Təşkilatı tərəfindən vicdan məhbusu kimi tanınır.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button