Xərçəngdən qoruyan 7 məhsul

27406Onkoloji xəstəliklər bütün dünyada ölümün 2-ci ən yayılmış səbəbi sayılır. 1-ci yer ürək-damar sistemi xəstəliklərinə məxsusdur.
Həkimlərin araşdırmalarına görə bəzi qida məhsulları insanları xərçəngdən qorumaq qabiliyyətinə malikdir.
Bu qidalar arasında:
– Pomidor
Araşdırmalara görə, pomidorun tərkibində olan “likopin” maddəsi xərçəngəleyhinə təsirə malikdir.
– Kələm (ağ kələm, gül kələmi, brüssel kələmi və s.)
Kələmin istənilən növlərində olan bəzi maddələr yoğun bağırsaq, süd vəziləri, ağ ciyər xərçənginin inkişafının qarşısını alır.
– Sarıkök
Bu ədviyyat xərçəng xəstəliyinin profilaktik vasitəsi sayılır.
– Yaşıl çay
Yaşıl çay bir çox xərçəng xəstəliklərinin profilaktikası sayılır. Xüsusilə bu düz bağırsaq, qara ciyər, prostat və süd vəziləri xərçənginə aiddir.
– Çiyələk və moruq
Bu dadlı giləmeyvələrin tərkibində turşular var ki, bu turşular xərçəng hüceyrələrinin çoxalmasına mane olur, xərçəngə səbəb olan maddələrlə mübarizə aparır.
– Üzüm
Üzümün qırmızı və qara növlərində xüsusi maddə “resveratrol” var ki, bu maddə xərçəng xəstəliyinin inkişafına mane olur.
– Adi su
Adi təmiz içməli su xərçəng xəstəliyinin inkişafına mane olur. Su orqanizmdə yığılan və xərçəng xəstəliklərinin inkişafına təkan verə bilən ziyznlı maddələri orqanizmdən yuyub aparır. Hər gün kifayət qədər təmiz su için.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button