Xəstəxanalara verilən dərmanlar hara yox çıxır?

Zümrüd Yağmur

Nazirlikmi, vampirlikmi?

Su tikinti Xəstəxanası deyilən xəstəxanada hemodializ xəstələrinə ayrılan dərmanlar, xüsusən də qan iynələri, Espogen və Albimum iyənləri onlara verilmir. Bu haqda mənə dializ xəstəsi olan Seyid Mirfeyzulla danışdı. Bu iynələr oraya dializ üçün gələn xəstələrə prosedur zamanı vurulmalıdır , amma xəstəxanadan bildirirlər ki, Səhiyyə nazirliyi bu dərmanları onlara vermir. Xəstələrə pulsuz vurulmaq üçün nazirlikdən ayrılan bu qan iynələrini kim mənimsəyir, bəlli deyil, amma nə hikmətdirsə, Səhiyyə nazirliyindən xəstəxanalara verilməyən bu dərmanlar sonradan əl altından və müəyyən apteklərdə xəstələrə biri əlli manatdan satılır.
Maraqlıdır, ağır durumda olan bu xəstələrin qan iynələrinə kim göz dikib? Nazirlikmi, xəstəxanadakı səlahiyyətli şəxslərmi? Yoxsa birgə, səhmləri yarı -yarıya dərman “biznesi” qurublar?
Həyata tutunmağa çalışan insanların qanı bahasına sərvət əldə edənlərə nə deyəsən? Qanla qidalanan vampirmi? Yox,nəsə başqa bir ifadə, söz tapmaq lazımdır. Vampir sözü xəfif qaldı.

Yazı müəllifin Facebook səhifəsindən götürülüb

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button