“Xəzər adaları layihəsini reallaşdıra bilmirik” – Hacı İbrahim

“Mən bütün çətinliklərə baxmayaraq, Azərbaycanı tərk etmək fikrində deyiləm”.
Xural.com BakuPost.az-a istinadən xəbər verir ki, bu barədə Modern.az-a “Avesta Konserni” MMC-nin prezidenti, tanınmış və  qalmaqallı iş adamı Hacı İbrahim Nehrəmli (İbrahim İbrahimov) bildirib.
İş adamı bunun səbəbini belə açıqlayıb:
“Bu dəqiqə ən yaxşı, ən stabil bizim ölkədir. Əgər kimsə gedib hansısa ölkəyə investisiya yatırırsa, böyük səhv edir. İstər Avropa olsun, istər Amerika. Mən Azərbaycanı tərk etmək fikrində deyiləm”.
O qeyd edib ki, oktyabrın 1-dən “Avesta Konserni” MMC-də işlər yenidən başlayıb:
“İşlər bir müddət dayanmışdı. Amma yenidən başlamışıq”.
İbrahim Nehrəmli səs-küylü “Xəzər adaları” layihəsinin reallaşmasının hələlik mümkün olmadığını bildirib:
“Çox çalışdım ki, alınsın, amma olmur. İnvestorlar gəlib-gedir, ümid edirəm ki, bir qərara gələcəyik”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button