Xədicə İsmayıla hökm oxundu

42083Jurnalist 7 il 6 ay müddətinə azadlıqdan məhrum edildi.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə jurnalist Xədicə İsmayılovanın cinayət işi üzrə keçirilən məhkəmə prosesində hökm oxunub. Məhkəmə təqsirləndirilən şəxsə qarşı 125-ci maddə üzrə verilmiş ittihama xitam verilib, digər maddələr üzrə təqsirli hesab edilərək, 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, dövlət ittihamçısı Ramazan Hadıyev Xədicə İsmayılovanın 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
X.İsmayılova jurnalist Tural Mustafayevin şikayəti əsasında saxllanılıb. Mustafayevin intihara cəhd etməsi ilə bağlı Səbail Rayon Prokurorluğunda fakt əsasında Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb və bu ittiham ürə 5 dekabr 2014-cü ildə X.İsmayılova barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Sonradan X.İsmayılovaya qarşı Azərbaycan Baş Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və israf etmə- külli miqdarda törədildikdə),192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui istifadə) maddələri ilə yeni ittihamlar elan olunub. X.İsmayıl ittihamları qəbul etmir, siyasi sifarişlə həbs edildiyini bildirir. Amnesty İnternational təşkilatı X.İsmayılı “vicdan məhbusu” kimi tanıyıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button