Xədicə İsmayıldan xəbər var

Jurnalistə qəzetlər verilmir

Araşdırmaçı jurnalist, vicdan məhbusu Xədicə İsmayıl qadın məhbusların cəza çəkdiyi 4 saylı cəzaçəkmə müəssisəsinə köçürüldükdən sonra karantin mərhələsindədir.

Meydan TV-yə daxil olan məlumatlara görə, jurnalistin saxlanma şəraitindən narazılığı yoxdur. Jurnalistlə bir neçə dəfə profilaktik söhbət aparılıb və saxladığı az sayda köhnə qəzet nüsxələri qanunsuz olaraq ondan müsadirə edilib. Eyni zamanda Xədicə İsmayıl yeni qəzetləri də almır.

Jurnalist Xədicə İsmayıla qarşı ötən ilin dekabrın 5-də Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü öldürmə həddinə çatdırma) irəli sürülüb və o, həmin gün həbs olunub. Səbail Rayon Məhkəməsində hakim Elşad Şamayevin sədrliyiylə keçirilən prosesdə onun barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib. Fevral ayında jurnalistə qarşı Baş Prokurorluq Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və israf etmə külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəmədən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə yeni ittihamlarını elan edib. Proses zamanı Cinayət Məcəlləsinin 125-ci maddəsi onun üzərindən götürülüb.

X.İsmayıl 7,5 il azadlıqdan məhrum edilib.

Bu gün onun həbs olunmasından 1 il ötür.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button