Xəzər dənizindəki Rusiya tankerində bir nəfər həlak olub
Xəzər dənizində Rusiyaya məxsus tankerdə baş verən yanğın nəticəsində bir ekipaj üzvü həlak olub.
Azərtac RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, həyatını itirən şəxs Qazaxıstan vətəndaşıdır. Həştərxan limanında qeydiyyatdan keçən tankerin heyəti əsasən Rusiya və Qazaxıstan dənizçilərindən təşkil olunub.
Xatırladaq ki, Azərbaycan Fövqəladə Hallar Nazirliyinin aviasiya dəstəsinin helikopterləri, Dövlət Yanğından Mühafizə Xidmətinin “Vixr-5” gəmisi və yaxınlıqdakı digər gəmilər hadisə yerinə cəlb edilib.