Xaç Qayınatası – XXVIII

Rahat Əliyev

“Alfa-Arıstan (şir)” necə işləyir?

Mən Altunbəy Sarsınbəyevin və onun köməkçilərinin MTK-nın “Arıstan” xüsusi təyinatlılarının döyüşçü zabitləri tərəfindən öldürüldüyünü eşidən kimi başa düşdüm ki, bu murdar cinayətin sifarişçisi kimdir. Çünki mən bu böluk haqqında elə məlumatlara malik idim ki, bu məlumatlar MTK-da çox dar çərçivədə, bəzi icazəli adamlara məlum idi.

“Arıstan” bir zamanlar məşhur olan KQB SSRİ-nin “ALFA” qrupunun bir parçası idi (elə indi də qalmaqdadır, cəmiyyətin və müxalifətin onu ləğv etmək çağırışlarına baxmayaraq, prezident onu ləğv etmir). Bu bölük haqqında ilk məlumatları geniş cəmiyyət 1991-ci ildə avqust çevrilişinə cəhd zamanı eşitdi. Onda “ALFA”-nın döyüşçüləri QKÇP-nin Rusiya parlamentinə hücum əmrinə itaət etməmişdilər. Moskva şəhərində yerləşən parlamentdə Boris Yeltsinin tərəfdarları yığışmışdılar.

1993-cü ilin oktyabr ayında isə “ALFA”-nın döyüşçüləri artıq Rusiya prezidenti Boris Yeltsinin

əmrini yerinə yetirməkdən imtina etdilər. Onlar Ağ Evə silahlı hücüm etmədilər. Onlar ağ bayraqla Ağ Evə girib bir güllə atmadan üsyançı parlamentin liderləri olan Xasbulatov, Rutskoy və Zorkini çıxardılar.

O əməliyyat “ALFA”-nın dağılmasına səbəb oldu. Boris Yeltsin gördü ki, “ALFA” özgür və çox təhlükəli bir qüvvədir. Yeltsin çevriliş cəhdini qansız yatırdıqları üçün onlara təşəkkür əvəzinə, onları DİN-in nəzdinə verməklə dağıtdı.

Qazaxıstanda bu hadisələri xüsusi maraqla izləyirdilər. Burada ozümüzün “ALFA”mız, adı qazaxca “Arıstan-Lev” olan bölüyümüz var idi. O, üzvlərinin çoxunun Rusiyanın Krasnodar vilayətində yerləşən FSB-nin xüsusi təyinatlılarının əsas bazalarından birinə getdiklərinə görə zəifləmişdi.

Düzdür, müstəqilliyimizin ilk qarışıq və mürəkkəb illərində o, yada düşmürdü. Lakin sonra üzə çıxan bəzi səbəblərdən Qazaxıstan rəhbərliyi “Arıstan”-la birbaşa məşğul olmağa başladı.

Diqqətdən qıraqda qalan xüsusi təyinatlıların elitasına məxsus olan döyüşçülər, qıraqda böyük bir çevrədə özəl xidmətlər göstərməyə başlamışdılar. Bu xüsusda təbii, onların tayı-bərabəri yox idi. İlkin kapitalın yaranan vaxtı onların spesifik xidmətlərinə xüsusi tələbat var idi.

Bu, təsadüfən məlum olmuşdu. Milli təhlükəsizlik müstəntiqlərinin diqqətini gəlmə maqnat Birenbaum cəlb etmişdi. Onun təbii ehtiyatların  eksportu ilə bağlı hansısa fırıldaqlarda əli olduğundan şübhələnmişdilər. Bu zaman aydın oldu ki, onu mühafizə və müşayiət edənlər başdan-ayağa silahlanmış, MTK-nın qarajında qeydiyyatda olan maşınlarda gəzən “Aristan”-ın əməkdaşlarıdır.

Bu, çox xoşagəlməz bir kəşf idi. Prezident və onun köməkçiləri başa düşdülər ki, bu elitar dəstənin supermenlərini, başkəsənlərin başkəsənlərini, hərbi münaqişələrin iştirakçılarını (sovetlər dağılandan sonra hərbi münaqişələr heyf ki, həddən artıq çox idi. Beləcə,  “Aristan”-ın döyüşçüləri də hərbi təcrübə keçmişdilər) sadəcə daha mühüm işlər üçün kirayələmək olar. Məsəl üçün, prezidentin sarayını onun içindəkilərlə bir yerdə həbs etmək üçün.

Nursultan Nazarbayev komitənin xüsusi təyinatlılarının üzərində sərt nəzarət qurulmasını əmr etdi.

Bu işlə o zamanlar prezident administrasiyasının rəhbəri, “Boz Kardinal” ləqəbini qazanmış adam, Nazarbayevin ən yaxın silahdaşlarından olan Nurtay Abıkayev məşğul olurdu. “Arıstan”da qayda-qanun yaratmaq üçün Abıkayev məsləhətçi sifətində “Alfa”-nın veteranı olan genaral A.Alekseyevi dəvət etdi. Bu general 1993-cü il hadisələrindən sonra öz andını pozmaqdan imtina etmiş və Rusiya DİN-in tabeliyinə keçməmişdi. Qazax “Arıstan”-ının başına isə administrasiya rəhbəri, KQB polkovniki B.Korjunbayevi təyin etdi. O zamandan, Nazrbayevin əmri ilə xüsusi təyinatlıların rəhbərini birbaşa onun administrasiyasının rəhbəri təyin edir.

O zamandan bu gücün işləmə və ona nəzarət prinsipləri hazırlanmış və bu günə qədər dəyişdirilməmişdir. Bu mexanizm haqqında cox az adam məlumatlıdır. Lakin bu mexanizm haqqında məlumatlı olan adamların heç biri müxalifət liderinin ölümünün rəsmi versiyasına inanmadı. Tabel silahıyla, rabitə vasitələri ilə, məxfi qarajdakı maşınla, əmrsiz, bir neçə etap yoxlamadan keçmədən, “Arıstan”-ın döyüşçülərinin bazadan çıxmalarını heç fərz etmək belə mümkün deyil. Müstəqilliyə yeni qədəm qoyanda, 90-cı illərin əvvəllərində, xüsusi təyinatlı dəstənin zabiti (“Arıstan” da ancaq zabitlər xidmət edir, sıravi və çavuşlar burada yoxdurlar) avtomat və rabitə ilə bazanı maneəsiz tərk edə bilərdi. Lakin 2006-cı ildə bu, artıq mümkün deyildi. Nazarbayev onların nəyə qadir olduqlarını yaxşı bilirdi, ona görə də onları çox sərt nəzarətdə saxlayırdı.

Çox az adama “Arıstan”-ın birbaşa kimə tabe olduğu məlumdur.

Baxmayaraq ki, o, MTK-nın balansındadır və onun maliyyələşməsi komitə xətti ilə aparılır, o, birbaşa dövlət başçısına tabedir. Daxili əmrə əsasən – hansını ki, şəxsən Nazarbayev özü təsdiqləyib -, bu elit dəstənin istifadəsinə ancaq MTK-nın sədri əmr verə bilər. Sədrin heç bir müavini, həmçinin heç bir vilayət milli təhlükəsizlik idarələrinin rəhbərləri “Arıstan”-ın başçısı və döyüşçülərinə əmr verə bilməzlər. Həmçinin Nazarbayevin məxfi əmrinə əsasən, “Arıstan”-a prezidentin mühafizə xidmətinin rəisi də əmr edə bilər. Bölüyün döyüşçülərinin xüsusi dəstəsi, bizim hər şeydən şübhələnən ömürlük prezidentin bütün tədbirlərində iştirak edirlər. Ancaq “Arıstan”-nın əməkdaşları prezidentin keçəcəyi yolların və çıxış edəcəyi tribunaların minalanmadığını yoxlaya bilərlər. Ancaq onların sərrast nişançıları prezidentin camaat arasında görunəcəyi yerlərin yaxınlığındakı binaların üstündə nəzarətdə dayanırlar.

Burada xidmət edənlər Tacikistanda vətəndaş müharibəsinin cəhənnəmindən çıxan, MDB–də ən təhlükəli sərhəddi – Tacik–Əfqan sərhəddini qoruyan, Rusiya, ABŞ və İsraildə çoxsaylı hərbi-təlim məşqləri keçmiş, bir sözlə, üz-üzə gəlməyi heç kimin arzulamadığı insanlardır.

Bölükdə sərt hərbi qanun hökm sürür ; əmr mübahisə predmeti deyil, o mütləq yerinə yetirilməlidir.

Bu qaydalar “Arıstan”-nın Alma-Atada, Astanada yerləşən iki muxtar və yay təlim bazalarında da tətbiq edilir. “Arıstan”-ın ixtiyarı bir dəstəsi iki saat ərzində Qazaxıstanın istənilən nöqtəsinə yetişməlidir. Bunun üçün o, Müdafiyə Nazirliyinin imkanlarından və mülki aviasiyadan istifadə etmək hüququna malikdir. Təsəvvür etmək olar, bölükdə nizam-intizam necə yüksək səviyyədədir.

Bütün bu xırdalıqları mən 2000-ci ildə, qayınatam məni qazax xüsusi xidmət orqanlarında islahatlar aparmaq üçün ora göndərəndə öyrəndim. Onda o mənə çox böyük səlahiyyətlər vermişdi, bununla bərabər, “Arıstan”-a yaxınlaşmaq belə qəti qadağan olunmuşdu.

11 fevral 2006-cı ildə döyüş əməliyyatına çıxmaq əmrini Qazaxıstan prezidenti Nazarbayevin razılığı ilə milli təhlükəsizliyin sədri Dutbayev, ya da prezident mühafizəsinin rəisi Şabdarbayev verə bilərdi.

 

İstintaqın  qəribəlikləri…

Cinayətin istintaqı və arxasınca gələn məhkəmə çəkişmələri birbaşa prezident administrasiyasının rəhbəri Caksıbəyovun rəhbərliyi altında gedirdi. O, iki dəfə mənə zəng edib, mənə məxsus olan mediaholdinqdə qətl hadisəsinin istintaqının gedişi ilə bağlı məlumat verməmək haqqında göstəriş vermişdi. Cavab olaraq mən ona hakimiyyətin imicini qorumaq üçün xaricdən müstəqil ekspertləri dəvət etməyi məsləhət görmüşdüm. Məsələn, ABŞ-ın Federal Təhqiqatlar Bürosundan. Onlar məsləhətə əməl etdilər, lakin bu ekspertlərin materiallarını işə əlavə etmədilər. Təqsirləndirilənlərin və şahidlərin ifadələri daim yönləndirilirdi. Bu işin dirijorlarının əsas istədikləri bu faciənin bütün xırdalıqlarını öyrənmək deyildi. Onlar bütün güclərini Şabdarbayevin, Dutbayevin və Abıkayevin bu işlə əlqəsini üzə çıxardacaq dəlilləri yox etməyə sərf edirdilər.

İstintaq altında olanlar davamlı şəkildə psixoloji və fiziki təzyiqlərə məruz qalırdılar. Ən sözə baxmayanlara işgəncə verirdilər. Bu təzyiqlərin nəticəsində İbrahimovun və Utembayevin axırlarda istintaqa verdikləri ifadələrindən, Nursultan Nazarbayevin bu cinayətin planlaşdırılmasından birbaşa xəbərdar olması haqda ifadələr xaric edilir. Əsasən, Utembayevin İbrahimova, prezidentin Avstriyada dincəlməyinə baxmayaraq, tapşırıqdan xəbəri olması haqda qarantiyası faktını istintaq materiallarından xaric etmişdilər.

Bu bir neçə fakt istintaqın necə idarəolunan olduğunu və əsas sifarişçilərin necə zərbə altından çıxarıldığı haqda təsəvvür yarada bilər:

 

* Faciənin baş verdiyi yerdə – baxmayaraq ki, ölkənin, vilayətin və şəhərin bütün hüquq-mühafizə, xüsusi xidmət orqanlarının rəhbər işçiləri olmuşdu, hadisə yerinin protokolunda göstərilməyib ki, öldürülənlərin əynindəki paltar yaş olub, ya quru. Bəlkə də bunun günahı adi

səhlənkarlıqdır. Amma ola bilər də bu, qəsdən ora salınmayıb ki, sonra istintaqda qurbanların tapıldığı yerdə güllələnməyi versiyasının üstündə təkid etmək mümkün olsun.

Nədənsə istintaq meyitlərin nəyə görə qarla örtulmədiyini heç araşdırmadı. Axı fevralın 11-dən 12-nə keçən gecə qar yağıb. Cinayət yerini araşdıran zaman müstəntiqlər yerdə qonur ləkələr tapdılar, lakin nədənsə yerdən analiz üçün torpaq götürülmədi. Beləliklə, dərinliyinə və hopmasına görə, bunun qan olub-olmamasını sübüt etmək imkanı əldən buraxıldı. Bu üç gözdənqaçırma imkan vermədi ki, dəqiq bilinsin – qətl dağlarda baş verib, ya meyitləri başqa yerdən gətiriblər?!

* Qətllərin başqa yerdə baş verdiyinin xeyrinə olan dəlillərdən biri kimi əyinlərindəki gödəkçələrinin yuxarı çırmanmış olmasıdır. Meyitləri gətirəndə bu baş verə bilərdi. İstintaq nə qurbanların güllələnə biləcəkləri yeri müəyyənləşdirdi, nə də onların kim və hansı maşınla gətirildiyini öyrənməyə cəhd göstərdi.

* Məhkəmə tibbi ekspertizası zamanı pataloqoanatomlar standart qaydalara uyğun əməliyyatlar aparmadılar ki, ölümün dəqiq vaxtı məlum olsun.

* Sarsınbəyevin üzü goyərmişdi, bu da onun döyüldüyünə dəlalət edirdi. Lakin istintaq bunu heç nə ilə izah etmir.

* Cinayət işinin içinə 11 fevralda “Arıstan”-ın müəyyən xidməti tərəfindən silah və xüsusi ləvazimatlarin verilməsinə dair qeydiyyat dəftəri əlavə edilməyib. Əlbəttə, silahın və xüsusi ləvazimatın əməkdaşlara rəsmi ya qeyri rəsmi verilməsini gizlətmək üçün.

* Juravlev və Baybosının mobil telefonları tapılmış və götürülmüşdü. Sarsınbəyevin yaxınlarının dediyinə görə, onun üç telefonu vardı. İstintaq nəyə görəsə onların axtarışı ilə məşğul olmurdu.

* Jurnalistlərdə olan məlumata görə, qurbanlara dəyən güllələr başqa-başqa olçü və rəngdədirlər. Lakin buna baxmayaraq, istintaq bu güllələrin qətl törədilən zaman istifadə edilə biləcək silaha doldurulmasının mümkün olub-olmaması ilə bağlı ekspertiza keçirməyib. Qətl törədilən silah isə tapılmayıb.

* İbrahimov öz ifadələrində cinayətdə onunla olan Kikşayev adlı bir adamın adını çəkirdi. Rusiya vətəndaşı olan bu adam əvvəllər Qazaxıstan Respublikasının prezident administrasiyasının əməkdaşı olub. Nədənsə istintaq bu adamın ölümlərlə bir əlaqəsi olub-olmadığını yoxlamadı.

 

Və ən axırda, əsas təqsirləndirilən şəxsin verdiyi ifadələri istintaq və məhkəmə nəzərə almayıb. İbrahimov öz ərizəsində yazırdı: “15 fevralda Astanada, Utembayev E  mənə 11 fevralda Sarsınbəyev A-nın  görüşməli olduğu adamların soyadlarını dedi və heç kimdən qorxmalı olmadığımızı vurğuladı. Üzləşmədən sonra isə Utembayev məndən adlarını cəkdiyi adamları göstərməməyi xahiş etdi. O, bunu onunla əsaslandırdı ki, hər şey onların nəzarətindədir və onlar bizə iki-üç aydan sonra kömək edəcəklər. Lakin Utembayevin məktubundan sonra mən başa düşdüm ki, məni siyasi oyunların qurbanına çevirmək istəyirlər. Susduğuma görə, mənim həyatıma təhlükə var, ona görə də Utembayevin havadarlarının soyadlarını gizlətməyimin mənası yoxdur.  Bu adamlar senatın sədri Abıkayev və MTK-nın əski sədri Dutbayevdir.”

Məhkəmə bu ərizəni qeyri-ciddi saydı.

Məhkəmədə İbrahimov qəti surətdə qətl hadisəsində iştirak etmədiyini bildirdi. O, ancaq adam oğurluğunu təşkil etdiyini boynuna almışdı. Lakin ittiham Utembayevin Nazarbayevə yazdığı və onun parlamentdə oxuduğu məktub üzərində qurulmuşdu. Bu məktubda Utembayev qaçırılmış adamların İbrahimov tərəfindən güllələndiyini yazmışdı. Məhkəməyə bu bəs elədi.

 

 

Catışmayan halqa

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button