Xaç qayınatası

3-cü hissə

Ön söz yerinə

Saat: 19.30.
Şənbə, 22 aprel 2006-cı il. Münasibətlərin sərt şəkildə pozulmasından bir il əvvəl.
Hərəkət yeri: Alma-Ata, Xaç qayınatamın şəxsi qərargahı.

Nursultan Nazarbayev təcili məni yanına çağırır. Sarsenbayevin öldürülməsindən sonra aramızdakı münasibət nəinki pisdir, hətta çox pisdir. Mən bilirəm ki, əgər qayınatamın içinə kiminsə haqqında şübhə girirsə, o, nəinki itmir, hətta böyüməyə başlayır.

O, mənə etibar etmir, mən ona etibar etmirəm. Mən bilirəm ki, bizi hansı söhbət gözləyir: Xaç Qayınatam mənim mis və digər resurs mədənlərimi geri tələb edəcək. Həmişə olduğu kimi bu xəbər söz yığnağı ilə qutulaşdırılacaq və mənə ata nəvazişi ilə təqdim olunacaq. Mənim xəttim müdafiədir – çox danışmaq və heç nə deməmək, mühazirə üzərində fikrimi balanslaşdırmaq. Şəxsi sözlərində nə qədər az məna varsa, o qədər təhlükəsizsən.

Məni postda prezidentin mühafizəsi yoxlamadığı üçün, özümlə diktafon götürürəm və onu «prezidentin beşinci qərargahı» olan Nəvai küçəsindəki şəxsi villasının qapısının ağzında quraşdırıram.

Nazarbayev: Necəsən? (Kresloya əyləşirik).

Əliyev: Belə, normal. Avstriyaya getdim. Qazaxıstanın Ümumdünya Ticarət Təşkilatı üzrə xüsusi nümayəndəsi Aytjanovu Avropa İttifaqının sədri ilə tanış etdim.

Nazarbayev: Tanış etdin?

Əliyev: Tanış etdim. Hər şey normaldır, irəliləyiş var.

Nazarbayev: Hə, onlar dəstəkləyirlərmi? Baxarıq onlar necədirlər. Hər dəfə bəyan edirlər ki, bizə dəstək verəcəklər – amerikanlar. İndi hər şey amerikanlardan asılıdır? Bəlkə də hər şey yox…

Əliyev: Yox, onlardan, onların mövqelərindən, hər şey onlardan asılıdır. Ancaq amerikanlardan və ən əsası isə ATƏT-dən.

Nazarbayev: Amerikanlar öz şərtlərini irəli sürəcəklər. Sözün düzü, sədrlik etmək mənim nəyimə gərəkdir. Daha çox onların özü üçündür bu həngamələr. Postsovet məkanında onlar kimdirlər, nəyi bacararlar?
Əliyev: Mən sadəcə istəyirdim ki, siz 2009-cu ildə sədr qismində bütün ölkələri gəzəsiniz, bu zaman siz xarici işlər nazirinin vəzifəsini də həyata keçirə bilərdiniz. Amma burada 55 ölkə var. Bu, həm də bir «piar» olardı.

Nazarbayev: ATƏT üzrə xüsusi nümayəndə bizə lazımdır?

Əliyev: Əgər biz göstərmək istəyiriksə ki sədrlik etmək istəyirik, onda lazımdır. Əgər biz… onda lazım deyil.

Nazarbayev: Yaxşı.

Əliyev: Yertısbayev (informasiya naziri) bir cəsarətli olub ki… Deyir özəl kanalları milliləşdirək…

Nazarbayev: Demək, sən Əhmədova (Qazaxıstanın baş naziri) artıq demisən ki, «Xəbər» və «KTK»-ni satırsan? O dedi ki, sizin normal söhbətiniz olub. Sən getmisən, söhbət eləmisiniz. Sən satmağa hazırsan?

Əliyev: Yox, belə bir söhbət olub. Ümumdünya Ticarət Təşkilatı üzrə konfrans keçirilirdi. O dedi ki, konfransdan sonra gələrsən. Mən də getdim. O dedi ki, burada müxtəlif söz-söhbətlər gəzir, mənim konkret tapşırığım var. Mən ona dedim ki, gəlin danışaq. Yaxşısı budur, bunu sivill yolla edək, vəssalam.

Nazarbayev: Sivil yolla. Biriləri deyirlər ki, dövlət 42 milyon qoyub, bina təqdim edib. Aksiyaların qiymətləri dəyərləndirilib. Bunu başqa cür də etmək olar. Direktorlar Şurası olacaq. Dövlət nəzarət paketinə malikdir. Direktorlar Şurasının sədrini təyin edərik «Xəbər» və «KTK»-yə (mənə və həyat yoldaşıma məxsus səhmdar özəl telekanallar). Biz də səninlə danışdığımız kimi, aksiyaların 50 faizini sən mənə verməlisən.

Əliyev: Hansı telekanalların?

Nazarbayev: Keçən dəfə sən mənə kağız gətirdin.

Əliyev: Yaxşı.

Nazarbayev: Gətir. Və bunu bu yolla edərik, nəyi niyə vermək? «Xəbər»ı verməmək də olar. Axı sən hər zaman bunu özündə yapışqan hiss edibsən?

Əliyev: Bu hər zaman yapışqan olub.

Nazarbayev: Bütün məsələ ondadır ki, sən mənim qohumumsan. Dəriğə mənim qızımdır. Mən hələ sənə onda da dedim. Hər zaman sancacaq, hər zaman yazacaqlar. Hələ siz özünüz də əlavə edirsiniz. Yeri gəmişkən, «Deja vyu» qəzetindəki məqalədən sonra zərərçəkənlərin advokatları sizi məhkəməyə çağırırlar. Bunun baş verməməsi üçün daxili işlər naziri, ya da baş prokurora Dəriğə izahat versin ki, belə şey olmayıb. İşin içinə tiksinlər. Mən sizə deməmişəm ki, Dutbayev sizin haqqınızda mənə nə deyib. Sən nə üçün bunu elədin?

Əliyev: Dəriğə çıxış edib.

Nazarbayev: İndi də sən Narmanbetovu məhkəməyə vermisən. Düz eləmisən. İndii də o deyir ki, Dəriğə deyib, mənə hansı məhkəmədir. O deyib ki, nə nədir.

Əliyev: Bu Narmanbetov «KQB»-nin keçmiş istintaqçısıdır. Hələ 86-cı ilin dekabr hadisələrində özünü əla göstərdi və indi Dutbayevin göstərişi ilə mənə böhtan atır. Qəzetdə yazır ki, məni dayanıb Sarsenbayevə güllə atarkən görüb. Mən ona görə onu mülki qaydada məhkəməyə verdim, bu axı sizin göstərişinizdir. Əgər məmura böhtan atırlarsa, məhkəməyə müraciət etsin.

Nazarbayev: Sən oxuyursanmı, bu işlə bağlı nə xəbər verirlər? İstintaq üzrə, sənin iddianla bağlı. Birbaşa bəyan edirlər ki, yaxşı, əgər belədirsə… Amma prezidentin qızı deyir ki, Dutbayev birbaşa işarə vurdu onu-bunu… Gəlin, indi də məhkəməyə Dəriğə Nazarbayevanı dəvət edək. İndi iş üzrə istintaq başa çatıb və iş məhkəməyə verilir. Niyə bu bazarda, məhkəmədə Dəriğə dayanıb cavab verməlidir? Deyəcəklər ki, ya o, ya da adamlar nə söyləyiblər, nə boş-boş danışıblar – bu haqda da yazıblar. Ancaq orada Dutbayevin olmasını mən elə-belə dedim. Dutbayev artıq rəsmi surətdə istintaqa ifadə verib ki, bu haqda heç nə deməyib. O həqiqətən də deməyib. Biz söhbət etmişdik. Sizin evinizdə oturmuşduq, siz niyə bunu satırdınız? Bu nədir, ümumiyyətlə? Mən ümumiyyətlə, sizə öz uşaqlarım kimi etibar edib nəsə danışa bilərəm?

Əliyev: Səhv olub.

Nazarbayev: Səhv olubsa, düzəldin.

Əliyev: Düzəldərik.

Nazarbayev: Mən onda Baurjana deyəcəm. Baurjan (Muxamedjanov – Daxili İşlər naziri) Dəriğə ilə görüşər, o da yazar.

Əliyev: Mən artıq onun özünə demişəm.

Nazarbayev: Məhkəmə artıq olub, bütün müxalifət qəzetləri yazıblar, bu haqda mən danışmışam. Dutbayevə gəlincə, mən sadəcə elə-belə demişəm, bağışlayın. Vəssalam! Dutbayev razılığını verib ki, gələcək. Hakim deyib başqaları da dəvət olunsunlar və məhkəməni təxirə salıb. Onlarda heç nə alınmayacaq, heç vəkillərdə də. Mən onsuz da fikirləşirəm ki, sən qalib gələcəksən. Ancaq bu məqalə hər şeyə mane oldu. Hər şey sakitcə gedirdi.

Əliyev: Mən sizə deyirəm axı, məqaləni internetdə görmüşəm.

Nazarbayev: İndi o bunu necə izah edir?

Əliyev: Çıxış etmək istəyirdi, etdi də…

Nazarbayev: Qoy məhkəməyə getsin mənim soyadımla və hamını da biabır etsin. İndi mən heç kimi yola gətirməyə çalışmayacağam, əgər onun özü bu cür olubsa (söhbət Dəriğədən gedir) Sarsenbayein işi üzrə rəsmi məhkəmədə onu dəvət edəcəklər.

Əliyev: Ümumiyyətlə, bu qətldir, o hamının əl-qolunu bağlayıb.

Nazarbayev: Orada hər şey açıqlanıb, hər şey qaydasında gedir. Nədən qıcıqlanmalı, de? Hər şey açıqlanıb, istintaq başa çatıb, iş məhkəməyə veriləcək. Bir aydan sonra da qərar qəbul olunacaq. Bir deyin görüm, nədən qıcıqlanırsınız? Nədən qorxdunuz? Siz ümumiyyətlə, bu məsələdə dəxli olmayan adamlar idiniz…

Əliyev: Əlbəttə…

Nazarbayev: Hər şey artıq sübut olunub. Utenbayevin məktubu var.

Əliyev: Ancaq KİV-də…

Nazarbayev: Bütün bunlara tüpür. Sən indi narahatsan ki, haqqında nəsə yazarlar?

Əliyev: Yox…

Nazarbayev: Haqqında yazı yazılanlar da həmçinin. Mənim haqqımda da yazırlar, mən buna görə heç nə eləmirəm ki… Qurtardı… Bu gün yazırlar, sabah hamının yadından çıxır, o biri gün ümumiyyətlə, heç kim heç nə xatırlamır. Nədən buna görə özünə əziyyət verməlisən, çıxış etməlisən, qarşı getməlisən, sübut etməyə çalışmalısan ki, bizim ailəmiz nədir. Mən ondan, Dəriğədən heç bir sübut tələb etməmişəm. İndi də məqalə dərc etdirib. «Kazaxmıs»ın milyarderləri qalxın, fəhlə sinfi barrikadalarda sizə qarşı dayanıb. Bəs onda siz niyə «Şevron»a qarşı heç nə yazmırsınız? Niyə «Britiş qaz»ın əleyhinə heç nə yazmırsınız? Bu hansı cəhənnəmə sənə lazımdır, eşidirsən? Mənə işləyən şirkət də mən nə deyirəm onu eləyir. Siz alırsınız…. Sən bilirsənmi, bu məqalənin dərcindən sonra deputatların bir qrupu mənə məktub yazdılar. Ki, sizin qızınızın çıxışını necə başa düşək, özümüzü necə aparaq? Bu nəyə lazım idi, kimə lazım idi, de? Kazaxıstan şirkəti nə eləyirsə, bizim istədiyimizi eləyir. Bizim. Başqası olsaydı, başa düşərdim. Heç kim bilmir ki, bu Dəriğədir. İndi nə olub? Deputatlar bilmirlər necə anlasınlar. Mənim qızım kürəkənimlə bir yerdə mənə qarşı gedirlər – mən ölçü götürməliyəm. Ya da bu nədir?

Əliyev: Hər şey dediyiniz kimi deyil.

Nazarbayev: Hə. Yazmışdılar. Evə gələrsən, mən sənə verərəm. Bunu yazan bir qrup deputat. Biri var, Serik Abduraxmanov, çıxış edirdi, danışırdı, mən onun qarşısını aldım. İndi o səsini kəsib, onun özünü çözələyirlər. Elə bu vaxt, eyni ruhla Dəriğə çıxış edir. «Fəhlələr razılaşmamalıdırlar. Barrikada qurmaq lazımdır!» Sənin ananı… bu nədir? Qulaq as, ümumiyyətlə bu nə deməkdir? Barrikadanı kimin üçün qurursunuz? Mən bu dövlətin başında dururam.

Əliyev: Bu belə deyil.

Nazarbayev: Onda kimə qarşı idi? Elə Sarsenbayevin özü də… Sənin nə vecinə, hər şey mənə qarşı idi, sizə qarşı yox, sən niyə başa düşmürsən?..

Əliyev: Mən DİN–də eşitmişdim ki, ikinci məni öldürmək istəyirmişlər.

Nazarbayev: Kim deyir bunu? Bax ona görə də sən qəzetdə Dəriğə vasitəsilə çıxış etdin. Bu şayiə idi.

Əliyev: Mən çıxış etmədim.

Nazarbayev: Qulaq as, axı bu camaatın arasında gedən şayiədir. Buna görə bu cür sıxılmaq nəyə lazım idi, mən bilmirəm? Biz axı danışmışdıq ki, vahid, nəhəng partiya yaradacağıq. Hamımız da ona işləyəcəyik. Dəriğə də orada olacaq. Biz ona görə danışmamışdıq ki, bu tək mənə lazım idi. Mən istəyirəm öz aparatıma deyəm ki, onun 50 faizi məndədir. Mən onu sənə vəd edirəm, hamıya, kimə istəyirsən, mənim nəvələrimə… And içirəm, mən sənə verəcəyəm. Hansı cəhənnəmə onlar mənə lazımdır ki? Bu aksiyalar özümüzdə qalacaq. Amma mən bu aksiyaları bu işə pul qoyacaq tamam başqa investora verəcəyəm. Mən sənə qaytaracağıma söz verirəm. Onda mən o adamlara deyəcəyəm ki, gedin özünüz orada idarə edin. Nə Rahatın, nə də Dəriğənin bu işə aidiyyatı yoxdur.

Əliyev: Bəlkə «Xəbər»i sataq, onda hamı sakitləşər…

Nazarbayev: Səncə onun qiyməti neçəyə olar? Heç olmasa təxminən…

Əliyev: Ora kifayət qədər resurs sərf olunub.

Nazarbayev: Rahat, onsuz da mənim problemim özümə bəsdir. Siz niyə mənə problem yaradırsınız? Heç kömək etməyin də, sizin köməyiniz cəhənnəm olsun. Siz mənə problem yaratmayın, başqa heç nə istəmirəm sizdən. Belə də deyirəm, elə də deyirəm. Qayğıyla deyirəm, sakit deyirəm. Bütün oliqarxları mən siyasətdən uzaqlaşdırdım. Hamını sayğaca qoşmuşam, səndən başqa. Mən bunu bacarıram – sən bilirsən. Nə lazımdırsa… Gəl, öz bildiyimiz kimi eləyək. Hər şey də bunun üzərində dayanır. Qalan hər şey ordadır – partiya da, KİV də – tam zibillikdir!

Əliyev: Yaxşı, satarıq.

Nazarbayev: Sən özün bilirsən axı. Mən getməyə hazırlaşmıram! Hətta 12-ci ildə (Nazarbayev baş barmağını o biri barmaqlarının arasından çıxarıb işarə etdi) bax hakimiyyətimi istəyənlərə bunu verəcəyəm!

Əliyev: Qoy yaxamdan əl çəksinlər. Yenə sizə yazacağam, məruzə edəcəyəm, amma onsuz da axmaq vəziyyətdə yenə də mən qalacağam.

Nazarbayev: Niyə yazasan? Budur iki məqalə. Niyə yazasan? Heç bir müxalifətçi cürət edib mənə qarşı bunu yazmazdı, ikiniz yazdınız. İnsanları barrikadalara çağırıb «Karmetkombinata», «Kazaxmıs»a qarşı qaldırmaq? Demək ki, onlar milyarderdirlər – «Forbs»da yazıldığı kimi, amma insanlara əmək haqlarını ödəmirlər. Bu nə təxribatdır ümumiyyətlə?

Əliyev: Bu belə deyil.

Nazarbayev: Necə yəni eşitməmisən, oxu.

Əliyev: Orada birbaşa elə yazılıb?

Nazarbayev: Elə də yazılıb. Siz razılaşmayın, tələb edin, fəhlələr. «Kazaxmıs» və «Karmetkombinat». Mənim ən, ən yaxınlarımı güncə dirəmisiniz! Hamı bu haqda bilir. «Kazaxmıs» və «Karmetkombinat» haqda – bunu necə başa düşək?

“Xural” qəzeti
il: 9, sayı: 002(410), 16-22 yanvar 2011-ci il

Əlaqəli məqalələr

1 şərh

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button