Xalq artisti İlhamə Quliyeva dünyasını dəyişdi – Qohumu təsdiqlədi

Xalq artisti İlhamə Quliyeva dünyasını dəyişib. 

Xural.com lent.az-a istinadən xəbər verir ki, bu barədə onun qohumu, müğənni Əli Mirəliyev məlumat verib. Xalq artistinin telefon nömrəsinə zəng edən lent.az-ın əməkdaşına Əli Mirəliyev cavab verib. O belə deyib:

“İlhamə xanım artıq yoxdur”. 

İlhamı Quliyeva 17 avqust 1943-cü ildə Bakı şəhərində anadan olub.

Qeyd edək ki, bu barədə ilk xəbəri sputnik.az saytı yayıb. İlhamə Quliyeva 17 avqust 1943-cü ildə Bakı şəhərində anadan olub.

1964-cü ildə Azərbaycan Dövlət Universitetini bitirib. 1965-1970-ci illərdə Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkəti Estrada Orkestrinin, 1970-1980-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının solisti olub. 1980-ci ildən Azərbaycan Dövlət Qastrol-Konsert Birliyinin (“Azkonsert”) solistidir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button