«Xalq nə qərar versə, biz də o qərarı yerinə yetirəcəyik»

gezi parki

13.06.2013

Türkiyənin baş naziri Receb Tayyip Erdogan Ankarada «Gezi Parkı» heyəti ilə görüşüb. Görüşdə Gezi Parkı və Topçu Kışlası ilə bağlı referendum keçirilməsi qərara alınıb.

Bu haqda Erdogan-ın köməkçisi Hüseyn Çelik məlumat verib. Erdogan Gezi Parkı etirazçıları ilə bağlı deyib ki, «kənar qruplardan aralansalar mən o gənclərlə görüşmək istəyərəm».

Çelik deyib ki, «referendumda qərarı istanbullular verəcək. Xalq nə qərar versə, biz də o qərarı yerinə yetirəcəyik».

Ötən axşam Taksim meydanında axşam piano səsləri eşidilib. Həmin vaxt Gezi parkının Atatürk Mədəniyyət Mərkəzinə (AKM) baxan hissəsində polisə və hökumətə qarşı etirazlar davam edib. Atatürkün abidəsi qarşısında iki pianoçu çaldıqca qələbəlik meydanın bu hissəsinə axışıb. Dünənki gecə klassik musiqidən inqilab, sülh mövzularına qədər parçalar ifa olunub.

Mayın 31-dən bəri ölkənin 78 şəhərində etiraz aksiyaları keçirilir.

Əvvəlcə İstanbuldakı Taksim meydanında ağacların kəsilməsinə etiraz olaraq keçirilən aksiya sonradan baş nazir Recep Tayyip Erdogana qarşı yönəlib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button