Xanım baş redaktora 7 il cəza kəsildi – dələduzluğa görə

Dələduzluqda təqsirləndirilən baş redaktorun məhkəməsi başa çatıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən “Ata yolu” qəzetinin baş redaktoru Samirə Nəsirovanın cinayət işi üzrə məhkəmə iclası yekunlaşıb.

Hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən Samirə Nəsirova 7 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə S.Nəsirova bir neçə nəfəri Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) işə düzəltmək adı ilə dələduzluq edib. Onun işi üzrə 29 nəfər zərərçəkmiş tanınıb.

S. Nəsirova Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi açılıb və barəsində həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, Samirə Nəsirova həbs edilmədən bir neçə ay əvvəl evindən 48 mi dollar və qızıllarının oğurlandığını bildirmişdi.(musavat.com)

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button