Xarici dillər üzrə Bakı Olimpiadasının qalibləri mükafatlandırıldı

gənclər    

xural.com-a Azərbaycan Gənclərinin Demokratik İnkişafa Yardımı İB-nin mətbuat xidməti tərəfindən daxil olan məlumata görə, 12 dekabr 2015-ci il tarixdə Azərbaycan Gənclərinin Demokratik İnkişafa Yardımı İB-nin təşkilatçılığı və Azərbaycan Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gənclərin xarici dillər üzrə Bakı Olimpiadası” layihəsi çərçivəsində qaliblərin mükafatlandırılma mərasimi keçirilmişdir. Tədbirin əvvəlində Ulu Öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükütla yad edilmişdir.

Tədbirin açılışı nitqini söyləyən AGDİY İB-nin sədr müavini Eyvaz Daşdəmirov “Gənclərin xarici dillər üzrə Bakı Olimpiadası” layihəsi haqqında məlumat vermişdir. O qeyd etmişdir ki, layihə üç ay ərzində həyata keçirilmiş və layihənin əsas məqsədi gənclər arasında xarici dillərə olan marağı artırmaq, xarici dilləri öyrənməyə meyilliliyi inkişaf etdirməkdir. Bu məqsədlə müxtəlif tələbə və gənclər kollektivləri arasında bir neçə xarici dil üzrə müsabiqələr və yarışlar keçirilmişdir. Bununla əlaqədar olaraq münsiflər və ekspertlər heyətinin təlimatları əsasında seçimdən keçən 50 nəfər gənc arasında inglis və rus dili üzrə qruplar yaradılmışdır. Bu dillər üzrə danışıq, oxuma və yazma müsabiqələri keçirilmişdir. Həmçinin, inglis və rus ədəbiyyatı üzrə iştirakçıların bilikləri yoxlanılmışdır və onların arasında viktorinalar keçirilmişdir.

Layihə çərçivəsində olimpiadada iştirak etmiş şəxslər mükafatlandırılma mərasiminə dəvət olunmuşdurlar və 1-ci, 2-ci, 3-cü yerə layiq olanlar sertifikatla və qiymətli hədiyələrlə mükafatlandırılmışdırlar. Tədbirin sonunda xatirə fotoşəkli çəkilmişdir.

xural.com

gənclər4

gənclər3

gənclər2

gənclər1

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button