Xarici jurnalistlər cəbhə bölgəsində- FOTOLAR

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) təşkilatçılığı ilə bir qrup xarici media nümayəndəsi cəbhə bölgəsində olub. Qrupun tərkibinə “Al Jazeera International”, “Reuters”, “Associated Press” “France-Presse”, Rusiyadan “Kommersant”, “Komsomolskaya pravda”, “Novaya vremya”, Türkiyədən “Anadolu” agentliyi, “Milliyyət” qəzeti, TRT, İran və Çindən olan jurnalistlər və bir sıra başqa ölkələrin media orqanlarının nümayəndələri daxildir.

Azərtac xəbər verir ki, xarici jurnalistlər Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevlə görüşüb, cəbhə xəttindəki vəziyyətlə maraqlanıblar.

Sonra KİV nümayəndələri Azərbaycan hərbçilərinin müşayiəti ilə cəbhə bölgəsinin ön xəttini, həmçinin bir neçə gün əvvəl Azərbaycan Ordusu tərəfindən azad olunaraq nəzarətə götürülən Lələtəpə yüksəkliyini kənardan müşahidə ediblər.

Xarici jurnalistlər rayonun Alxanlı kəndində ermənilərin artilleriya zərbələri nəticəsində dağılan evlərə də baxış keçiriblər. Daha sonra xarici media nümayəndələri cəbhənin Tərtər-Ağdam istiqamətində yola düşüblər.

Qeyd edək ki, xarici jurnalistlərin bu səfəri qoşunların təmas xəttində yaranmış gərginliklə əlaqədar və Ermənistanın törətdiyi təxribatlar nəticəsində mülki insanlara və obyektlərə dəymiş zərərləri beynəlxalq ictimaiyyətin diqqətinə daha operativ çatdırmaq məqsədi ilə təşkil olunub.

Əlaqəli məqalələr

1 şərh

  1. Jurnalist kimi bir fikri Qarabağ haqda yazınızda ermənilərə bildirin:
    Xalqımızı həyəcanlandıran ermənilərə nifrətimiz sonsuzdur! Şəhidlərin əksəriyyəti ailə qurmamışdı. Nə məhəbbətin, nə də ilk görüşün həsrətini bilmirdilər. Ağzından, necə deyirlər süd iyi gələn yeniyetmələr idilər. Ən təsirlisi odur ki, ömründə görmədiyi, torpağını bastalamadığı, havasını udmadığı – Atalarından eşitdiyi Vətən uğrunda şəhid oldular. Qoy ermənilər bilsinlər:
    HANSI ŞƏRTLƏ OLUR OLSUN, SİZ QARABAĞDA DALDANACAQ TAPA BİLMƏYƏCƏKSİNİZ! DAĞLARIMIZIN HƏR DAŞI, MEŞƏLƏRİMİZDƏ HƏR AĞAC KÖLGƏSİ SİZƏ ƏLİ SİLAHLI AZƏRBAYCANLI QİYAFƏSİNDƏ GÖRÜNƏCƏK!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button