Xarici Kəşfiyyat Xidmətinin 38 yaşlı rəisi
Yazıldığı tarix 14 Dekabr 2015
0
152 dəfə oxunub

Prezident İlham Əliyevin fərmanı ilə bu gün Milli Təhlükəsizlik Nazirliyinin bazasında yaradılan Xarici Kəşfiyyat Xidmətinin rəisi vəzifəsinə təyin olunmuş Orxan Sultanov Azərbaycan XİN sistemindəki işindən sonra MTN-in Xarici Kəşfiyyat İdarəsində işə qəbul edilib.
Virtualaz.org saytının əldə etdiyi məlumata görə, Orxan Sultanovun tərcümeyi-halı barədə o qədər geniş məlumat olmasa da, yalnız bu məlumdur ki, o, 1977-ci ildə Bakı şəhərində anadan olub. Bundan əlavə, O.Sultanov peşəkar MTN zabitidir.
O, 2007-2011-ci illər ərzində Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin humanitar məsələlər üzrə I katibi vəzifəsində çalışıb.
O.Sultanovun XİN sistemindən uzaqlaşandan sonra hansı sahədə çalışdığı bəlli deyil.