XİN-dən Rusiya televiziyalarının təxribatına sərt reaksiya

ru tv

“Layfnyus” telekanalı tərəfindən Azərbaycana qarşı təxribat xarakterli materialların verilməsi birinci hal deyil.

Bu sözləri Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev söyləyib.

Onun sözlərinə görə, “Layfnyus” telekanalının hazırda Azərbaycana gəlmiş çəkiliş qrupu Xarici İşlər Nazirliyi tərəfindən akkreditasiya olunmadan qeyri-qanuni şəkildə ölkə ərazisində fəaliyyət göstərir:

“Onların qeyri-qanuni jurnalist fəaliyyətinə son qoymaq üçün lazımi tədbirlər görüləcək. Bu telekanalın erməni lobbi dairələrinin təsiri altında olması da dəfələrlə sübut olunub”.

Qeyd edək ki, “Layfnyus” telekanalı bu gün Azərbaycana qarşı təxribata yol verib. Telekanal guya Azərbaycan əhalisinin Tərtəri tərk edərək, başqa rayonlara üz tutduğunu bildirib. Telekanal, üstəlik öz müsahiblərinin sözlərini də rus dilinə yanlış tərcümə edib.

Axar.az

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button