“Xırdalan dairəsi”ndə yolun təmiri başa çatır

xirdalan yolBakı-Quba-Rusiya Federasiyası sərhədi avtomobil yolunun 11-ci kilometrliyində yerləşən “Xırdalan dairəsi”ndə təmir işləri aparılır.

“Azəryolservis” ASC –dən AzərTAG-a bildirilib ki, bu ərazidə köhnə asfalt-beton örtüyü yenisi ilə əvəzlənir. Bu səbəbdən dairədə və yan yollarda nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılıb.

Məlumatda, həmçinin qeyd olunur ki, Bakı-Sumqayıt və əks istiqamətə hərəkət edən nəqliyyat vasitələri dairənin alt hissəsindən keçən tuneldən maneəsiz istifadə edə bilərlər.

Xırdalan şəhərinə daxil olan nəqliyyat vasitələri Bakı-Quba-Rusiya Federasiyası sərhədi avtomobil yolunun 13-ci kilometrliyində yerləşən “Masazır dairəsi”ndən istifadə etməklə, Binəqədi və Biləcəri qəsəbələri istiqamətinə doğru hərəkətdə olan nəqliyyat vasitələri isə “Ekologiya postu”ndan sağa dönməklə hərəkətlərini davam etdirəcəklər.

Bundan başqa sürücülərin alternativ olaraq Binəqədi şosesindən də istifadə etməsi mümkündür.

“Xırdalan dairəsi”ndə təmir işlərinin tez bir zamanda yekunlaşdırılması üçün bütün qüvvələr səfərbər edilib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button