Xocalı qurbanlarının xatirəsinə həsr olunmuş kütləvi yürüş

25.02.2012

Fevralın 26-da Xocalı faciəsinin 20-ci ildönümü ilə əlaqədar Azərbaycanın paytaxtında bu soyqırımın qurbanlarının xatirəsinə həsr olunmuş kütləvi yürüş olacaq.

Bakı meriyasından Turana verilən məlumata görə, nümayiş səhər saat 8-də “Azadlıq” meydanında başlayacaq, Yusif Səfərov küçəsi ilə Xocalı prospektində faciə qurbanları abidəsinə qədər davam edəcək.

Yürüşdə on minlərlə insan iştirak edəcək. Saat 7.30-dan Xocalı və Neftçilər prospektlərinə gedən bütün yollar nəqliyyatın hərəkəti üçün bağlanacaq.

CONTACT

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button