Xural.com yazdı, problem həllini tapdı

İş adamı Ramil Hüseynov: “Xural qəzeti yazandan sonra məsələ həllini tapdı”
ramil huseynov
İş adamı Ramil Hüseynov
Bir neçə gün əvvəl gənc iş adamı Ramil Hüseynov redaksiyamıza müraciət edərək, başına açılan oyunlardan danışmışdı. O, Türkiyədən ölkəmizə mal gətirdiyini, bunun üçün Türkiyəyə getdiyini və oradan karqo şirkətləri ilə Bakıya mal göndərdiyini, ancaq burada gələn mal üçün ondan fantastik dərəcədə çox pul istəndiyini bildirmişdi.
Ramil Hüseynovun problemi xural.com-da dərc olunandan sonra onun gömrük məntəqəsinə dəvət olunduğu haqqında elə iş adamının özü redaksiyamıza məlumat verdi: “Məni dəvət etdilər, bir yanlış anlaşılma olduğunu dedilər və hörmət-izzətlə malımı götürməyimə imkan yaratdılar. Mən də əvvəlcə razılaşdığımız rüsumu – karqo haqqını ödədim və mallarımı götürdüm. Hesab edirəm ki, belə anlaşılmazlıqlar bir daha yaşanmayacaq və iş adamlarının önü açılacaq.
xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button