Xural.com yenidən fəaliyyətə başladı – Biz yenə qayıtdıq!

Diqqətli Oxucular xural.com saytının bir neçə müddətdir fəaliyyət göstərmədiyini bilirlər. Bu haqda zaman-zaman məlumat vermişik. Təxminən dekabrın 4-dən etibarən hakimiyyətin iriçinli məmurlarının saxladıqları muzdlu hakerlərin hücumlarına məruz qalmışıq. Bundan sonra bizimlə əməkdaşlıq edən server olunan hücumlar qarşısında bizimlə əməkdaşlığı dayandıraraq, bizi yolun ortasında qoyub və çıxıb gedib. Bu bir ay üç günlük zaman zərfində çalışıb saytımızı bərpa edə bildik. Bunun üçün yaxın və uzaq dostlarımız hamısı səfərbər oldular və biz dostlarımızın sayəsində yenidən mediaya qayıda bildik. Hər kəsə təşəkkür edirik.

İndi əvvəlkindən də sürətli və operativ olaraq görüşünüzə gəlirik və hər zaman Sizə xidmət edəcəyik. Bizi sevənləri və gözləyənləri utandırmamağa çalışacağıq. Bizim bağlandığımızı düşünüb sevinənləri və bizimlə maraqlanmayanları da minnətlə anırıq və onlara da təşəkkür edirik. Bu laqeydlikləri ilə bizə dərs verdikləri üçün…

Sizi sevirik. Sizə xidmət etməkdən qürurluyuq. Sizi unutmadıq. Siz bizim başımızın Tacısınız!

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button