Xurmanın möcüzəvi faydaları: Ramazan meyvəsi həm də gənclik iksiridir

Xurmanın möcüzəvi faydaları: Ramazan meyvəsi həm də gənclik iksiridir

Ramazan ayının vazkeçilməz ləzzətlərindən olan xurma sağlamlıq üçün də çox əhəmiyyətlidir. Tərkibində çoxlu sayda vitamin və minerallar olan xurmanın faydaları saymaqla bitmir.
Ən çox Ramazan ayında süfrələrimizə gələn xurmanın nə kimi faydaları var? Tərkibində hansı vitamin və minerallar mövcuddur? Hansı xəstəlikləri önləyir, hansıları müalicə edir?
Musavat.com bu maraqlı sualların cavabını diqqətinizə təqdim edir.
Xurma liflərlə zəngindir və bağırsaqda xolesterolun sorulmasına mane olur. Asan həzm edilir, tərkibində şəkər çox olduğundan qan şəkəri azlığından əziyyət çəkənlər üçün əsl müalicəvi qidadır.
Xurma pəhriz üçün də çox önəmlidir, aclıq hissini yox etdiyi üçün çox yemənizə mane olur. İftar üçün xurma əvəzedilməz bir qidadır.
Xurmanın təkibində olan antioksidanlar isə gənclik iksiri olaraq, qiymətləndirilir, bu meyvə hüceyrə yaşlanmasının da qarşısını alır.
Xurma həm də dəmirlə zəngindir. 100 qram xurmanın tərkibində 0.90 mq dəmir var ki, bu da insanın gündəlik dəmir ehtiyacının 11 faizini qarşılayır. Dəmir qırmızı qan hüceyrələri içindəki hemoqlobinin bir komponenti olaraq, qanın oksigen daşıma qabiliyyətini artırır.
Xurma həm də kalium mənbəyidir. 100 qram xurmanın tərkibində 696 mq kalium var və gündəlik ehtiyacın 16%-ni qarşılayır. Kalium ürək döyüntülərinin sürətinin və qan təzyiqinin tənzimlənməsinə yardımçı olan bir komponentdir. Bu sayədə iflic və ürək xəstəliklərinə qarşı immuniteti gücləndirir.
Tərkibindəki maqnezium isə qan təzyiqini azaltmağa kömək edir. Kalium məzmunu ilə də qan təzyiqini azaltmağa köməkçidir və ürək funksiyalarının düzgün işləyişinə kömək edir.
Xurmanın tərkibindəki A vitamini antioksidan xüsusiyyətlərə sahib olduğu üçün  görmə qabiliyyətinə müsbət təsir edir. A vitamini baxımından zəngin təbii meyvələrin qəbul edilməsi ağciyər və ağız boşluğu xərçənglərini önləmək baxımından da faydalıdır.
Qlükoza, saxaroza və fruktoza kimi təbii şəkərləri ehtiva etdiyi üçün xurma  mükəmməl bir enerji mənbəyidir. Xurmanın daha faydalı olması üçün onu südlə birlikdə yemək daha yaxşı olar.
Xurma yemək qalın bağırsaq, prostat, döş, endometriyal, ağciyər xərçənginə qarşı da qoruyucu təsur göstərir. Acqarına yeyildikdə bağırsaq qurdlarını və digər parazitləri məhv edir. Zəhərin təsirini aradan qaldırmaq xüsusiyyəti olan xurma mikrob əleyhinə əla vasitədir.
Xurma eyni zamanda kalsium, manqan, mis və maqnezium kimi minerallarla da zəngindir. Kalsium sümük və dişlərin sağlamlığı üçün əsas komponentdir. Mis, qırmızı qan hüceyrələrinin istehsalı üçün lazımlıdır. Maqnezium sümük böyüməsi üçün əhəmiyyətlidir.
Bütün bu sadalanan vitaminləri yalnız xurma yeməklə əldə edə bilərsiniz.  Xurmanın tərkibinə həm K vitamini, həm də orta dərəcədə B kompleks vitaminləri daxildir.
Gündəlik pəhrizdə xurma yemək faydalıdır. Xurma enerji verməklə yanaşı, kökəlməyə də səbəb olmur. Nə qədər yorğun olsanız belə, xurma yedikdən 30 dəqiqə sonra enerjinizin artmasına səbəb olur.
Tərkibində yüksək miqdarda dəmir olduğundan xurma anemiya (qansızlıq) xəstəliyinin müalicəsində faydalı ola bilər. Florin məzmunu ilə diş çürüyü meydana gəlməsinə əngəl olur.
Qəbizliklə mübarizədə də təsirlidir. Xurmanı bir gecə suda saxlayıb, səhər su ilə birlikdə yesəniz, bu, qəbizlik proleminin həllinə yardımçı olar.
Uşaq əmizdirən qadınların da xurma yeməsi məsləhətdir. Bu, ana südünü uşağın sağlam və xəstəliklərə qarşı müqavimətli olmasını təmin edən qida maddələri ilə zənginləşdirir.
Xurmanın tərkibindəki B1 və B2 vitaminləri qaraciyəri gücləndirir, qaraciyər yağlanmasının qarşısnı alır, toksik maddələrin bədəndən atılmasını asanlaşdırır.
Xurmanın tərkibinə gəlincə, 80 faizi şəkərdən ibarətdir. Asanlıqla həzm edilir və bədəndə sorulur.
8 ədəd xurma təqribən 169 kaloridir. 1 ədəd xurma 0.2 qram yağ, 45 qram karbohidratlar, 4.8 qram lif, 0.6 mq dəmir və 394 mq kalium ehtiva edir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button