Yağış, sulu qar, qar – BU GÜNÜN HAVASI

Noyabrın 29-da Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Xural.com ETSN-ə istinadən xəbəbr verir ki, səhər bəzi yerlərdə çiskin, axşam isə yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əəsəcək. Havanın temperaturunun gecə 3-5° isti, gündüz 9-13° isti, Bakıda gecə 3-5° isti, gündüz 10-12° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunundan 766 mm civə sütununa enəcək. Nisbi rütubət 75-85 % olacaq.

Tibbi-meteoroloji proqnoza əsasən, noyabrın 29-dan dekabrın 01-dək Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişlidir.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə yağış, dağlıq ərazilərdə sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq.  Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 0-4° isti, gündüz 9-14° isti, dağlarda gecə 1-6° şaxta, gündüz 6-10° isti olacağı gözlənilir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button