Yahya Taşdelen – 84

Türkiyədə müsteşar, media nümayəndəsi, akademik, yazar, siyasetçi və elm adamı kimi tanınan Yahya Taşdelen imzası oxucularımıza yaxşı tanışdır. Türkiyənin Ankara şəhərində yaşamasına baxmayaraq Azərbaycanda baş verən siyasi hadisələrə onun fərqli, müxalif yanaşması özünəməxsusluğu ilə fərqlənir.  Şərəfli həyat yolu keçən Yahya Taşdələn yanvar ayının 16-da 84 yaşını qeyd etdi. XuralTAC kollektivi ona Allahdan uzun ömür, can sağlığı və xoşbəxtlik arzu edirik. Təbrikə “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı da qoşulur. Hazırda həbsdə olan baş redaktor Yahya Taşdeleni özünün unudulmza müəllimi, yaxın dostu, övladı olaraq dərindən hörmət bəslədiyini, hələ bundan sonra da uzun illər Yahya bəyin gənclərə örnək ola biləcək həyat yolunda uğurlar arzulayır. 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxuyun
Close
Back to top button