Yalnız öz qohumlarını düşünən deputat

Seçicilər Əsabil Qasımovu yenidən deputat görmək istəmirlər-VİDEO

İmişli sakinləri millət vəkili Əsabil Qasımovun fəaliyyətindən narazıdırlar

Seçicilər BTV-yə verdiyi müsahibədə bildiriblər ki, deputat yalnız öz qohumlarını düşünür, İmişli camaatını isə heç saymır da. Onların sözlərinə görə Əsabil Qasımovun deputat olmaqda məqsədi yalnız öz şəxsi gəlirlərini artırmaqdır. Bildirək ki, 79 saylı İmişli seçki dairəsindən iki dəfə ard-arda deputat olan Əsabil Qasımovun adı biznesmen millət vəkilləri sırasındadır. O, 2010-cu ildə deputat seçilənə qədər “Karat” MMC şirkətinin prezidenti olub. Qeyd edək ki, Əsabil Qasımov Milli Məclisdə aktiv olmayan, lal deputatlar sırasındadır. Adıçəkilən deputat haqqında mətbuatda dəfələrlə xoşagəlməz yazılar dərc edilib.
Bolgexeber.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button